Yeni doğulmuş buzovların və quzuların streptokokklu septisemiyası

İti gedişli, septiki, metastatik formalı göbək çiyəsində zədələnmə ilə xarakterizə olunan xəstəlikdir. Xəstəlik doğum vaxtı və ya sonradan yaranır. Törədici beta-hemolitiki C seroqrupudur. Xəstəliyə səbəb boğaz heyvanların keyfiyyətsiz yemləndirilməsi, heyvanların saxlanılmasında baytarlıq-sanitariya qaydalarına əməl edilməməsidir.

Ilk simptomlar. Göbək ciyəsi sahəsində şiddətli ağrı, şiş ilk nişanələrdir. Yaranı basdıqda pis qoxulu irinli ekssudat müşahidə edilir.

Digər simptomlar. Septisemiya, müxtəlif orqanlarda irinli metasdazlar inkişaf edir. Təşrih zamanı irinli-fibrinozlu poliartiritlər nişanəsi, qaraciyərdə, böyrəklərdə və baş beyiində, həmçinin limfa düyünlərində metastatik absesslər müşahidə edilir.

Diaqnoz. Epizootoloji məlumatların, klinik əlamətlərin, patoloji dəyişikliklərin nəticələri nəzərə alınaraq diaqnoz təyin edilir.

Müalicə. Streptokokklara qarşı zərdablar, antibakterial preparatlar təyin edilir. Eyni zamanda simptomatik  müalicə aparılır.

Profilaktika. Doğuşdan dərhal sonra göbək  2%-li  yod məhlulu ilə silinir.  Əgər anadan xəstə doğulubsa dərhal baytar həkiminə müraciət etmək lazımdır. Bu zaman antibiotiklər təyin olunmaqla  xəstəliyin qarşısını almaq mümkündür. Dezinfeksiya tədbirləri aparılır, doğuş zamanı çirklənmiş avadanlıqlar  və digər əşyalar yandırılır .

Təfriqi diaqnoz. Kolibakterioz, salmonellyoz, xlamidioz, adenovirus xəstəliklərinə görə təfriq edilməli, eləcə də enterekokklu septisemiya, streptokokklu poliartirit, streptokokkoza görə seroloji qrupları təsnif edilməlidir.

Qeyd. XXə əsrin 70-80-ci illərinə kimi insanlarda aşkar edilmiş C seroqrupu tipinin  xəstəlik mənbəyi it və pişiklər olduğu təsvir edilmişdir. K.P.Konelli təcrübələrində insanlara xəstəliyin bilavasitə kənd təsərrüfatı heyvanlarından keçdiyini təsdiq etmişdir.

Kənd təsərrüfatı haqqında maraqlı məlumatlar əldə etmək üçü AgroExpert.az saytına daxil olun.