Yaman keyfiyyətli kataral isitmə

Bütün növ cütdırnaqlı heyvanların tənəffüs yolarının və mədə-bağırsaq traktının selikli qişasının krupozlu iltihabı, gözlərin və mərkəzi sinir sisteminin zədələnməsi ilə səciyyələnən sporadikı, nisbətən iti keçən infeksion xəstəliyidir. Törədici – Herpsviridae ailəsinə mənsub DNT-li virusdur.  Yaşından, cinsindən asılı olmayaraq bütün İBH xəstəliyə həssasdır, xırdabuynuzluların yoluxma halları da qeyd edilmişdir.

Ilk simptomlar. Xəstəlik mənbəyi xəstə və virusdaşıyıcı heyvanlardır. Virus orqanizmdən burun və konyunktival ifrazatlar ilə ayrılır, ağız suyu və sidiklə xaric olmur. Inkubasiya dövrü 10 həftədən 10 ay arasında tərəddüd edir. Xəstəliyin çox iti, iti, yarımiti gedişləri, habelə ardıcıl olaraq bir-birini əvəz edən 4 forması – əsas orqanların; bağırsağın selikli qişasının (bağırsaq forması); ağız-burun və konyunktivanın selikli qişalarının; əsasən baş nahiyyəsinin dərisinin zədələnməsi ilə keçən atipik və ya abortiv formaları vardır. Temperaturun 40-420C-dək yüksəlməsi ilk kliniki əlamətdir. Heyvanda coşqunluq və əzginlik əlamətləri növbələşərək təzahür edir, müvazinətin itməsi, ümumi zəiflik, əzələ titrəməsi, sonralar epileptiki formalı ürək getmələr, komatoz vəziyyət müşahidə edilir.

Digər simptomlar. Ağızın və burun boşluğunun selikli qişalarında iltihabi proses başlayır, gözlərin zədələnməsi ilə gözdən yaş axıntısı, qızartı, şişkinlik təzahür edir. Buynuz təbəqəsində qabarcıqlar və yaralar əmələ gəlir. Patoloji prosses inkişaf edərək heyvanın kor olmasına səbəb olur. Burun axıntısı serrozlu-selikli, sonra qanla, fibrinli və epiteli qırıntıları ilə birlikdə qarışıq olur. Tənəffüs orqanlarının zədələnməsi əvvəlcə kataral iltihab, sonra isə krupozlu iltihab baş verir və ağrılı öskürəklə müşayiət olunur. Başın əlavə boşluqlarıının selikli qişasının iltihabı buynuzların əsasınıa keçir, buynuz örtükləri düşür. Damaqda, dodaqda və dildə difterik yığıntılar aşkar edilir. Cinsiyyət orqanlarının zədələnməsi, boğaz heyvanlarda balasalma müşahidə edilir, sidik ifrazı çətinləşir, sidikdə qan, zülal, böyrək epiteliləri aşkar olunur. Gözlə görünən limfa vəzləri böyüyür. Bədənin bütün nahiyyələrində dəridə qərtməklər əmələ gəlir.

Diaqnoz. Kliniki, patoloji-anatomik və epizootoloji məlumatlar nəzərə alınmaqla, laborator müayinələrin nəticələri əsasında qoyulur. Laborator diaqnostika KBR və PZR, histoloji müayinələrlə aparılır.

Müalicə. Spesifik müalicə olmadığı üçün mürəkkəbləşmənin qarşısını almaq üçün simptomatik müalicə aparılır. Heyvanlara sulu və şirəli yemlər verilməli, zəif turş su ilə suvarılmalıdır (1 vedrə suya 1-2 xörək qaşığı xlorid turşusu əlavə edilir). Ürək dərmanlarından istifadə, 48 saat fasilə ilə 2 dəfə 80-100ml qan zərdabının dəriiçi və venadaxili ineksiyası, 40%-li spirtin gündə 1 dəfə 500ml həcmdə 3-4 gün ərzində daxilə verilməsi tövsiyyə olunur. Müalicədə heksametilentetramindən (urotropin), sulfanilamid preparatlarından, antibiotiklərdən, eyni zamanda sakitləşdirici, sidikqovucu, orqanizmin müqavimətini gücləndirmək məqsədilə biogen stimulyatorlardan, immunomodulyatorlardan istifadə olunur. Dəri altına və ya vena daxilinə 4-6 l fizioloji məhlul yeridilir. Gözün, ağızın, burunun selikli qişası 1-3 %-li bor turşusu və digər antiseptik məhlullarla yuyulur.

Profilaktika. Xəstəliyə qarşı spesifik vaksinasiya hazırlanmamışdır. Heyvan sağaldıqdan sonra yenidən ağır formada xəstələnirlər. Xəstəliyin qarşısının alınması məqsədilə ümumi profilaktik tədbirlərə əməl edilməli, mexaniki təmizlənmə və dezinfeksiya tədbirləri mütəmadi aparılmalıdır. Qeyri-sağlam təsərrüftalarda karantin tədbirləri tətbiq edilir, xəstə heyvanlar təcrid olunaraq müalicəyə cəlb edilir. Temperatur yüksək olmayan heyvanlar kəsimə göndərilə bilər.

Təfriqi diaqnoz. İBH-ın taunu, dabaq, quduzluq, leptospiroz, listeriyoz, viruslu diareya, infeksion rinotraxeit və zəhərlənmələr istisa edilməlidir. Təfriqi diaqnostikada bakterioloji, virusoloji, seroloji və s. laborator üsulların istifadəsi zəruridir.

Qeyd. Kəsimə göndərilmiş xəstə heyvanın əti bişirilməklə, dərisi 24 saat natrium xlor məhlulunda saxlanılmaqla dezinfeksiya edilir. Süd qaynadıldıqdan sonra insanlar da istifadə edə bilər. Karantin məhdudiyətləri son sağalmadan 2 ay sonra dezinfeksiya tədbirləri aparılaraq götürülə bilər.

Kənd təsərrüfatı haqqında maraqlı məlumatlar əldə etmək üçü AgroExpert.az saytına daxil olun.

Rəy bildirin

Bir cavab yazın