Xəstəliyin adı: Vezikulyar stomatit

Əsasən təkdırnaqlıların, iribuynuzlu heyvanların və donuzların zəif kontagioz, iti keçən infeksion xəstəliyi olub, yüksək temperatur, ağız boşluğunun selikli qişasının, dodağın, yelinin, dırnaq tacının, dırnaqarası nahiyənin dərisinin vezikulyar zədələnməsi ilə səciyyələnir. Xəstəlik heyvanların təhlükəli xəstəliklər siyahısına (A siyahısı) daxil edilmişdir. Xəstəliyə at, qatır, iribuznulu heyvanlar, donuzlar həssasdır. Törədici – RNT tərkibli Rhabdoviridae ailəsinin Vesiculovirus cinsinə mənsubdur. Virusun seroloji reaksiyalarla təfriq edilən 2 müxtəlif immunoloji serotipi mövcuddur. Törədicinin davamlılığı çox yüksək olmayıb işığa həssasdır, pH 4-11,5 olduqda stabildir. Virusd torpaqda 4-60C-də 1 ay müddətində yaşayır, 370C-də 3-4 günə, 600C-də 20-30 dəqiqəyə məhv olur.

Ilk simptomlar: Virus yoluxmuş heyvanın orqanizminə vezikulların epitelisi ilə daxilindəki maye və ağız suyu ilə ayrılır. Heyvanlar birbaşa təmasla yoluxurlar. Su, otlaqlar, heyvan mənşəli yemlər xəstəliyin yayılmasında başlıca amillərdəndir.İnkubasiya dövrü 24 saatdan 2-5 gün, bəzən 12 günə qədər davam edir. Öncə temperatur 41-420C-ə qədər yüksəlir, sonra şiddətli ağız suyu axıntısı və ağız boşluğunun selikli qişasında 2-20 mm böyüklüyündə papulalar görünür. 1 gün sonra onların yerində avtalar (qırmızı qabarcıqlar) yaranır.

Digər simptomlar: Tədricən heyvanlarda halsızlıq, anoreksiya, əmcəklərin zədələnməsi, bəzən mastit də inkişaf edir. Avtalar burun boşluğunun selik qişasında, konyunktivada, dırnaq tacında, dırnaqarası yarıqda da yarana bilir. Avtalar tez bir zamanda partlayır, yerində açıq qırmızı rəngli sahə yaranır. 3-7 gün ərzində onlar epiteli toxuması ilə örtülür və heyvanlar sağalırlar.

Diaqnoz:  Epizootoloji məlumatlar, kliniki əlamətlər və laborator müayinələrin təhlilinə əsasən qoyulur. Laboratoriya müayinəsi üçün xəstə heyvanlardan partlamamış vezikulun divarı, onun mayesi habelə yeni yaranan eroziyanın yuyuntusu (qaşıntısı) götürülür. Laborator diaqnostikada KBR, DNR reaksiyalarına əsasən dəqiq diaqnoz qoyulur.

Müalicə:  Yerli və simptomatik müalicə aparılır. Müalicədə büzücü, mikrob əleyhi və iltihab əleyhi preparatlardan istifadə olunur. Xəstə heyvanlara pəhriz yemlər verilir, tez-tez su içirdilir.

Profilaktika: Spesifik profilaktikada vaksinlər tətbiq edilir. Profilaktikada yeni gətirilən heyvanların karantində saxlanması, xəstəliyə şübhəli heyvanların seroloji müayinəsi və xəstə heyvanların təcrid olunması əsas şərtdir. Qeyri-sağlam təsərrüfatlarda mütəmadi dezinfeksiya tədbirləri aparılmalı, heyvanların xəstəliyə həssas ev və vəhşi heyvanlarla, habelə həşəratlarla təmasda olmasının qarşısı alınmalıdır.

Təfriqi diaqnoz: 3 vezikulyar virus xəstəliklərindən – dabaqdan, vezikulyar ekzantemadan və donuzların vezikulyar xəstəliyindən təfriq edilməlidir.

Qeyd: Xəstəlik keçirmiş heyvanlarda yalnız virusun xəstəliyi törətmiş 1 serotipinə qarşı 2-12 aya qədər tipospesifik immunitet yaranır.

Kənd təsərrüfatı haqqında maraqlı məlumatlar əldə etmək üçü AgroExpert.az saytına daxil olun.