Keçilərin artrit-ensefaliti

Keçilərin ləng şiddətlənən xəstəliyi olub, demielinləşdirici ensefalitin, inkişaf edən artritin, interstisial pnevmoniyanın güclənməsi və heyvanların ölümü ilə səciyyələnir. TörədiciDNT-RNT-li ləng (Lentivirus) Retroviridae ailəsinə mənsub virusdur. Xəstəlik 1-5 aylıq keçilərdə müşahidə olunur. Epizootoloji müşahidələr göstərir ki, çəpişlər törədiciyə ana bətnində və yaxud doğulan kimi yoluxurlar.

Ilk simptomlar: KAE virusu sirayətlənmiş anaların südü ilə ötürülür. Törədicinin ifrazatlarla və  transplasentar yolla keçmə halları mümkündür. Virus sirayətlənmiş keçinin ağız südündə aşkar edilir. Keçilər arasında kliniki əlamətlər sirayətlənmiş heyvanların yalnız 20%-də görünür, qalan heyvanlarda isə xəstəlik klinik əlamətsiz keçir. Kliniki əlamətlər çox gec inkişaf edir. Xəstəlik ataksiya, hiperestiziya, bəzən isitmə, ayaqların ifliclə keçən parezləri ilə biruzə verir. Proses əvvəlcə arxa ayaqlarda başlayır və daha sonra ön ayaqlara sirayət edir.  

Digər simptomlar: Tənginəfəsliyin inkişafı nəticəsində artrit və axsaqlıqlar müşahidə edilir. Xəstə heyvanların tükü tökülür, inkişafdan qalır, iflic olmuş ətrafların əzələsi atrofiyalaşır, heyvan ayaqüstə dura bilmir, yatılı vəziyyətdə tələf olurlar. Yaşlı keçilərdə xüsusilə karpal oynaqlarda tez-tez artrit inkişaf edir. Bu vaxt 2-4 aylıq çəpişlərdə xəstəlik ilk növbədə lekoensefalomielitlə başlayır. Qanda elə bir dəyişiklik olmur, bəzi hallarda limfopeniya müşahidə edilir. Serobrospinal mayedə pileositoz aşkar edilir, zülalın miqdarı çoxalır. Bu əlamətlərlə yanaşı pnevmoniya da inkişaf edir. Xəstəlik bir neçə həftə çəkir, ölümlə nəticələnir.

Diaqnoz:  Xəstəliyə diaqnoz kliniki, epizootoloji məlumatlar, patoloji-histoloji, virusoloji (törədicinin hüceyrə kulturasında yetişdirilməsi, DPR-də və İFA-da tipizasiyası) və seroloji (İDR, İFA, NR) müayinələrin nəticələri əsasında qoyulur.

Müalicə: Seroloji müayinələrlə xəstəlik aşkar edilən heyvanların kəsimə göndərilməsi daha məqsədəuyğundur. Xəstəliyə qarşı tətbiq olunan müalicə tədbirləri səmərə vermir.

Profilaktika: Spesifik profilaktikası yoxdur, digər profilaktik tədbirlər qeyri-sağlam təsərrüfatlarda baytarlıq-sanitariya tədbirlərinin aparılmasına, seroloji reaksiyalara müsbət cavab verən heyvanların çıxdaş edilməsinə yönəlir. Çəpişlərin  doğumdan dərhal sonra analardan ayrılması, onlara ağız südünün 560 C-də 60 dəqiqə müddətində qızdırdıqdan sonra verilməsi yaxud da sağlam keçi və inəklərin pasterizə edilmiş südünün verilməsi tətbiq edilməlidir. Bu formada saxlanılan keçilər 6 aydan bir DPR yaxud İDR-lə müayinə edilməlidir.

Təfriqi diaqnoz: İnfeksion xəstəliklərdən visna-medi, skrepi, listerioz, toksoplazmoz, Born xəstəliyi habelə əzələ və skelet sisteminin xəstəlikləri (vitamin və mikroelement çatışmamazlığı), artrit və travmalar istisna edilməlidir.

Qeyd: Yoluxduqdan sonra sirayətlənmiş heyvanlarda qan anticisimləri yaranır. Lakin onlar müdafiə yaratmır. Bu səbəbdən də heyvanlar uzun müddət xəstəlik keçirdikdən sonra tələf olurlar.

Kənd təsərrüfatı haqqında maraqlı məlumatlar əldə etmək üçü AgroExpert.az saytına daxil olun.