13 xəstəliyin müalicəsi pulsuzdur

Baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən,  heyvanların xüsusi təhlükəli xəstəliklərinin

SİYAHISI

         Bu siyahı “Baytarlıq haqqında” Azərbaycan  Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanının 1,5 bəndinə uyğun hazırlanaraq, baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəliklərin siyahısını müəyyən edir.

         Baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən, heyvanların xüsusi təhlükəli xəstəlikləri aşağıdakılardır:

1.Müxtəlif növ heyvanların  ümumi  xəstəlikləri:

-Dabaq (virusun bütün tipləri);

-Qarayara (dərinin askolizasiyasından başqa);

-Quduzluq;

-Vərəm;

-Brusellyoz (planlı profilaktik müayinələr);

-Leptospiroz;

-Kü isitməsi;

-Trixinelyoz;

2.İri buynuzlu heyvanların xəstəlikləri:

-Taun;

-Süngərvari ensefalopatiya;

-Kontagioz plevropnevmoniya;

3.Dəvələrin xəstəlikləri:

-Taun;

4.Xırda buynuzlu heyvanların xəstəlikləri:

-Çiçək;

-İnfeksion artrit;

-Taun;

-Skrepi;

5.Donuzların xəstəlikləri:

-Afrika taunu;

-Klassik taun;

-Vezikulyar xəstəlik;

-Teşen xəstəliyi;

6.At xəstəlikləri:

-Afrika taunu;

-Kontagioz  metrit;

-Ensefalomiyelitlər;

-Manqo;

-Saqqo;

7.Quş xəstəlikləri:

-Yüksək patogenli qrip (influensa);

-Nyukasl xəstəliyi;

8.Xəzdərili heyvanların, dovşanların xəstəlikləri:

-Su samurunun ensefalopatiyası;

-Dovşanların hemorroji virus xəstəliyi;

9.Balıq xəstəlikləri:

-Karpların hemorroji septisemiyası;

-Qızıl balığının furunkulyozu.

Qeyd: Respublika ərazisində əvvəllər qeydə alınmamış və adları çəkilməyən xüsusi təhlükəli xəstəliklər baş verdikdə bütün baytarlıq tədbirləri kompleksi büdcə vəsaiti hesabına aparılır.