Varroatoz

Yaşlı arıların və arı sürfələrinin parazitar xəstəliyidir. Xəstəliyə səbəb Varroa jakobsoni adlanan gənədir. Bu gənə arıların və onların sürfələrinin xarici bədən səthinə yapışırlar. Gənə adi gözlə göründüyündən onu müəyyən etmək asandır.

Gənə dörd cüt qısa ayaqlara malikdir. Ayaqlarının ucunda sorucu yastıqca vardır ki. onun köməyilə gənələr arıların bədəninə möhkəm yapışıb arının hemolimfası ilə qidalanırlar. Gənənin rəngi tünd qəhvəyidir.

Yaz-payız dövründə gənələr arı üzərində qidalanaraq arı orqanizmində maddələr mübadiləsinin pozulmasına və hemolimfanın tərkibinə toksiki maddələrin toplanmasına səbəb olur.

Bu xəstəlik zamanı sürfələrin tələfatı, yaşama qabiliyyətinə malik olmayan eybəcər (qanadsız, ayaqsız, formasız bədənə malik) arıların çıxması xarakterik əlamətlərdəndir. Uçuş bacasının qabağında ölmüş arılarla bərabər, çıxarılıb atılmış sürfələrə də təsadüf edilir.

Varroatoz invaziyasının sürətli inkişaf dövrü əsas bal süzümündən sonrakı dövrlə bir vaxta düşür. Xəstəliyə diaqnoz arıxana və laboratoriya müayinələrinə əsasən qoyulur.

Xəstəliyin törədicisi braulyoz xəstəliyinin törədicisi olan braula coekaya oxşadığına görə hər iki xəstəliyi bəzən qarışıq salırlar. Bu iki xəstəliyin törədicisini biri-birindən fərqləndirən əlamət varroa gənəsinin görünüşü oval şəklində, eni uzunundan artıq olduğu üçün hərəkət edəndə sanki düz xət üzrə deyil yanı-yanı hərəkət edir. Braula isə uzunsov bədən quruluşuna malik olduğuna görə hərəkəti düz xətt boyuncadır. Onları fərqləndirən digər əlamətlər isə braulanın dörd cüt qısa ayaqlarının braulanın üç cüt uzun ayaqlara malik olması, braulanın yaşlı arılarda, varroanın isə yaşlı və sürfələrdə parazitlik etməsidir.

Profilaktika tədbirlərinin əsas məqsədi sağlam arıxanaların xəstəlikdən qorunmasıdır. Bunun üçün baytar mütəxəssisləri və arıçılar ildə iki dəfə (yazda arılar uçuşa başlayanda və payızda arılar qışlamaya hazırlanan vaxt) təşkil etməlidirlər.

Varroatozun müalicəsində varrool, quzuqulağı turşusu, akarasan, amipol, bipin, bivar, varroapol, mentol, tanis, fenotiazin və s. preparatlar işlədilir.

Varrool payızda Sulu məhlul halında hər çərçivəaralığına 5-6 ml şan üzərindəki arıların üstünə çilənir. Quzuqulağı turşusu 2 %-li məhlul halında 10 çərçivəlik arıya 100 ml çiləyici aparatla çilənir. Mentol hər ailəyə 6 q miqdarında kibrit qutusunda pətəyə qoyulur.

Rəy bildirin

One comment on “Varroatoz

Avatar
Admin

Nebi Necefov Sizin səhifədə Varroa barəsində məlumatları oxudum.Yanlış məlumatlar var.
1) Varroa arının Vitellogeni ilə bəslənir. (Son araşdırmalar,ədəbiyyatlara istinadən)
2) Varratoza qarşı ilde iki defe yox,bütün il boyu mübarizə aparılmalıdır.Bunu arıçılara açılamaq lazımdı.
3) Quzuqulağı turşsunun ən effektiv üsulu 3.5 %-li ,sürfəsiz vaxtda 0,+5 derece arasında damlatma üsulu ile tetbiq edilənidir.
4) Yaxşı olardı ki,orda yazda arıçıların əsas təbii vasitelerle demanlamasının tebliğatı aparılsın.Çün ki,qarşıda aktiv sezon bal yığımı gelir.
Amma arıçılar yanlış melumat elde edib,suda hell olmayan ,kimyəvi dərmanlardan istifadeye daha çox üstünlük verirlər. Bunlar sizin adını qeyd etdiyiniz ,bipini,apitak ve bu kimi derman preparatarnı sadalamaq olar.Bunlar baharın verildikde 3-4 ay şanda çöküntü yaradır,oda bala qarışır.İnsanlarda şefa adıyla qəbul edib zeherlenirler.Əksi olur.Və çox elaveler etmek olar. İnşallah bu sahede ciddi araşdırma edib saytınızı dahada zenginleşdirmiş olarsınız.

Comments are closed for this post !!