Respirator mukoplazmoz

Respirator mukoplazmoz – müxtəlif növ ev və vəhşi quşların xroniki gedişli yoluxucu xəstəliyi olub, tənəffüs orqanlarının əsasən də, hava kisələrinin zədələnməsi, qaraciyər parenximasının degenerasiyası ilə səciyyələnir. Törədici Mycoplasmataceae ailəsinə, Mycoplasma cinsinə aid, çoxsaylı serotipləri olan mikroorqnizmlərdir.

İlk simptomlar: xəstəlik mərhələli gedişə malikdir. Birinci mərhələ latent adlanır, 12-21 gün davam edir. Bu dövrdə toyuqların hər hansı xəstəliklə xəstələndiyini müşahidə etmək çətindir. İkinci mərhələ quşların 5-10% -də respirator mikoplazmozun ilk simptomlarının görünüşü ilə xarakterizə olunur. Üçüncü mərhələdə immunitet zəifləyir, xəstəliyə xarakterik əlamətlər formalaşır, dördüncüdə isə bütün toyuqlar mikoplazmozun aktiv daşıyıcıları olurlar. Inkubasiya dövrü 4-22 gün davam edir. Ətlik cücələr 4-8 həftəlikdə, toyuqlar 5-6 aylıq olarkən yoluxurlar. Xəstəliyin gedişi yuxarı tənəffüs yollarının funksiyasının pozulması ilə başlayır, quşlar boyunlarını yuxarı uzadır və mürgüləyirlər. Burundan serrozlu-fibrinozlu ekssudatın axması müşahidə edilir.                   

Digər simptomlar: Öskürək və xırıltı, çətin nəfəs, gözlərin və göz qapaqlarının ödəmləşməsi, iştahasızlıq, arıqlama, yumurta istehsalının 15% -ə qədər azalması müşahidə edilir. Xəstəliyin əsas simptomları sinusit, rinit, aerosakkulitdir.  

Diaqnoz: Epizootoloji, kliniki əlamətlər, patomorfoloji dəyişikliklərə və laborator müayinələrin(bakterioloji üsul və toyuq rüşeymlərində bioloji sınaq) nəticələrinə əsasən qoyulur. Müayinə üçün qaşıntı traxeya və hava sinuslarının selikli qişalarından götürülür.

Müalicə: Eriprim, Macrodox 200, Gilodoks, Hydrotrim, Farmazin, Enroksil, Tilmikovet, Tilsol yüksək təsirli antibiotiklərin istifadə olunur. Bu dərmanlar 1 litr suya 0,4-1 qram  əlavə edilərək içmə suyunda verilir. Xəstə quşların fərdi müalicəsi Tialong, Tylosin, Tilocolin AF antibiotikləri  ilə ineksiya etməklə həyata keçirilir. 

Profilaktika:  Respirator mikoplazmoza qarşı inaktivləşdirilmiş emulsiya peyvəndi aparılır. 21 gün sonra peyvənd edilmiş quşlarda xəstəliyə qarşı immunitet yaranır. Peyvəndin təsiri 9 ay davam edir. Vaksinasiya 30 günündə, revaksinasiya 80-ci günədək həyata keçirilməlidir.  Bundan başqa profilaktikada yeni alınmış quşların karantində saxlanması, bir sexdən digərinə köçürülməsində tələb olunan qaydalara ciddi əməl edilməlidir.

Təfriqi diaqnoz: Xəstəliyi  Nyukasl  və  Marek  xəstəliklərindən larinqotraxeitdən, hemofilyozdan, infeksion bronxitdən, kolibakteriozdan, aspergillyozdan, Avitaminozdan  təfriq  etmək  lazımdır.                             

Qeyd: Qeyri-sağlam təsərrüfatlarda xəstəliyin ləğvi üçün 6 ay müddətinə karantin tətbiq edilir.

Müəllif: Aygün Əzizova

Kənd təsərrüfatı haqqında maraqlı məlumatlar əldə etmək üçü AgroExpert.az saytına daxil olun.