Quzuların streptokokklu poliartiriti

Törədici streptokokkların C sero qrupunun serovariantıdır. Xəstəliyə əsasən yeni doğulmuş quzular yoluxurlar (3-4 günlükdə 30 günə qədər olanlar). İnfeksiya törədicisinin əsas mənbəyi streptokokk etiologiyalı mastitlə, endometritlə xəstə və xəstəliyi keçirmiş heyvanlardır.

İlk simptom: Xəstəlik iti və xroniki gedişli olub, oynaqların şişməsi, ətrafların dayaq-hərəkət sisteminin pozulması və septisemiya ilə müşahidə olunur. Heyvanda iştahanın itməsi, zəiflik, axsaqlıq, daha çox bilək və çiyin oynaqların şişməsi əlamətləri xarakterikdir.

Digər simptomlar:  Quzular tez-tez uzanır, ayaqüstə dura bilmir, sepsis əlamətləri müşahidə edildikdən 3-10 gün sonra tələf olurlar.

Diaqnoz: Epizootoloji məlumatların, klinik əlamətlərin, patoloji dəyişikliklərin nəticələri nəzərə alınaraq diaqnoz təyin edilir.

Müalicə. Streptokokkozlara qarşı zərdablar, antibakterial preparatlar təyin edilir. Eyni zamanda simptomatik  müalicə aparılır.

Profilaktika. Quzular anadan xəstə doğulubsa dərhal baytar həkiminə müraciət etmək lazımdır. Bu zaman antibiotiklər təyin olunmaqla  xəstəliyin qarşısını almaq mümkündür. Dezinfeksiya tədbirləri aparılır, doğuş zamanı çirklənmiş avadanlıqlar  və digər əşyalar yandırılır .

Təfriqi diaqnoz. Kolibakterioz, salmonellyoz, xlamidioz, adenovirus xəstəliklərinə görə təfriq edilməli, eləcə də enterekokklu septisemiya,  streptokokkoza görə seroloji qrupları təsnif edilməlidir.

Qeyd: Xəstəlik bəzən quzularda zədələnmiş oynaqlarda 100ml-ə kimi mayenin toplanması ilə uzun müddət (xroniki) davam edə bilər.

Kənd təsərrüfatı haqqında maraqlı məlumatlar əldə etmək üçü AgroExpert.az saytına daxil olun.