Quşların rotavirus infeksiyası –

Quşların rotavirus infeksiyası –toyuqların, hind quşlarının, ördək, göyərçin, sesarkaların ağır keçən xəstəliyi olmaqla, bağırsağın həddən artıq dolması və köpməsi ilə əlaqədar pis iyli ishal nəticəsində orqanizmin susuzlaşması – quruması inkişaf edir. Törədici Rotavirus ailəsinə mənsub 3-serotipli virusdur.

İlk simptomlar: Yoluxmuş quşlarda inkubasiya dövrü 1-3 gündür. İlkin kliniki əlamətlər quşun narahatlığı bir yerə toplanması ilə başlayır. Sonra nəcis durulur və pis qoxu gəlir. Xəstəlik ağır keçdikdə 2-4 gündən sonra quşlar tələf olurlar.

Digər simptomlar: Quşlar tədricən arıqlayır, ayaqlarının altının dərisi iltihaba uğrayır. Quşun yoğun və kor bağırsağı böyüdüyünə görə qazlı-köpüklü maye ilə dolduğundan nəcis köpüklü olur.

Diaqnoz: Xəstəliyi virusoloji və elektron mikroskopiya üsullarının köməyi ilə təyin edirlər. Rotavirus infeksiyası ilə xəstə olan quşların nəcisini elektron mikroskopiya üsulu ilə tədqiq etdikdə rotavirus aşkar edilir.

Müalicə: Simptomatik müalicə və vitaminli yemlərin verilməsi tətbiq edilir.

Profilaktika: Spesifik profilaktikada diri və inaktivləşmiş vaksinlərdən istifadə edilir. Sutkalıq cücələrə dərialtına attenuasiya olunmuş ştammın vurulması səmərəlidir. Passiv immuniteti olan və olmayan cücələrdə gərgin immunitet 77 həftəyə qədər davam edir. Təsərrüfatlarda xəstəliyin qarşısının alınması üçün baytarlıq-sanitariya qaydalarına, istehsalat binaları arasında məsafə prinsiplərinə, mexaniki təmizlik, keyfiyyətli dezinfeksiya tədbirlərinin aparılmasına ciddi riayət edilməlidir.

Təfriqi diaqnoz: Kolibakterioz, salmonellyoz, pulloroz, respirator mikoplazmozdan təfriq edilməlidir.

Qeyd: Xəstəliyə qarşıxüsusi profilaktika – vaksinasiya işlənilməmişdir.

Müəllif: Aygün Əzizova