Quşların Leykozu

Ağqanlılıqla, qandoğuran orqan və toxumalarda şişlərin əmələ gəlməsi ilə səciyyələnən müxtəlif formada gedişə malik xroniki infeksion xəstəlikdir. Leykoz – sarkoma xəstəlikləri ilə toyuqlar, hinduşkalar, sesarkalar, ördəklər, qazlar, qırqovullar, göyərçin və bir çox başqa quşlar xəstələnirlər. Lakin toyuqlar bu xəstəliklərə daha çox həssasdırlar. Xoruzlar isə toyuqlara nisbətən xəstəliyə davamlıdırlar. Törədicisi Retroviridea ailəsinə aid virusudur.

Ilk simptomlar:   Xəstəliyin əsas yayılma yolu  xəstə və virus daşıyıcı quşların yumurtasıdır. Bundan başqa xəstəlik kontaktla və virusdaşıyıcı quşların ifrazatları ilə ətraf mühiti çirkləndiməklə də yayılır. Toyuqlarda aşağıdakı leykoz formaları vardır; limfamatoz, mielositomatoz, eritroblastoz, fibrosarkomatoz, müstəqil ostepetroz. Quşlarda bir o qədər spesifik olmasa da toyuqlarda limfomatoza təsadüf edilir. İnkubasiya dövrü 1-2 həftəlikdən 5-8 aya kimi çəkə bilər. Diareya, sianoz, dərialtı toxumanın şişi, selikli qişanın sarılığı kimi əlamətlər müşahidə edilir.

Digər simptomlar: Toyuqlarda  anareksiya, arıqlama, mədə-bağırsaq pozğunluğu, qaraciyər yoluxduqda qarın boşluğuna maye toplanması, pipiyin və saqqalın solğunlaşmasına təsadüf edilir. Nadir halda quş qaraciyərin partlamasından tələf olur. Xəstəliyin kliniki nişanələri quşun yaşından genetik rezisentliyindən asılı olaraq dəyişir. Quşların dərisində, əzələlərində, daxili orqanlarında – İki növ zədələnmə diffuz və düyünlü şişlər əmələ gəlir. Şişlər əsasən qaraciyərdə, böyrəklərdə və dalaqda müşahidə olunur. Sümük iliyində dəyişikliklər aşlar edilir. 

Diaqnoz: Kliniki əlamətlər, patoloji-anatomik və histoloji dəyişikliklər, seroloji müayinələr nəzərə alınmalıdır.

Müalicə: Müalicə sxemi yoxdur.

Profilaktika: Quşçuluq təsərrüfatlarında ümumi baytar-sanitar tıədbirlərini yüksək səviyyədə aparmaq, quşlarm yemlənməsində, bəslənməsində zootexniki və zoogigiyeniki qaydalara əməl etmək, quşlara A, E vitaminli, selen və kobalt mikroelementli yemlər vermək məsləhətdir.

Ana sürülərini təşkil etmək, yaşlar üzrə qruplaşdırma aparmaq lazımdır. Belə toyuqlardan alınmış yumurta inkubasiya edilir, cücələr təcrid edilmiş şəraitdə saxlanılır, gələcəkdə ana sürülərinin təşkilində istifadə edilir. Beləliklə xəstəliyə davamlı toyuqlardan alınmış nəsillərdən ana sürüləri təşkil etmək lazımdır. Leykoz-sarkoma patologiyasına uğramış quşlar və xəstəliyə şübhəlilər utilizasiyaya verilməlidir.

Təfriqi diaqnoz: Xəstəliyi vərəmdən, pullorozdan və Marek xəstəliyindən təfriq etmək lazımdır.

Qeyd: Qeyri-sağlam təsərrüfatlardan alınan yumurtalarm inkubasiya üçün verilməsi ciddi baytar nəzarəti altında olmalıdır. Bu tədbirlər təsərrüfatda xəstəliyin yayılmasmın minimum dərəcəyə enməsinə və yayılmasının qarşısınm alınmasına şərait yaradır.

Müəllif: Əzizova Aygün

Kənd təsərrüfatı haqqında maraqlı məlumatlar əldə etmək üçü AgroExpert.az saytına daxil olun.