Keçi piyinin hazırlanması

SuallarKeçi piyinin hazırlanması
AvatarAdmin Staff asked 4 ay ago

1 Answers
AvatarAdmin Staff answered 4 ay ago

 
 
Keçi piyindən təbii və faydalı krem hazırlanması. Lazım olanlar:
1.Keçinin iç piyi 100 qram
2. Qara zirə yağı 100 qram
3. Kəklikotu 2-3 xörək qaşığı.
Deməli, əvvəlcə keçi piyi əridilir, tam əridikdən sonra süzülür, əriməyən hissələr atılır, sonra ağzı kip bağlanılan şüşə qaba 3 xörək qaşığı kəklikotu bitkisini tökərək qaynar olan, əridilmiş keçi piyini kəklikotunun üstünə tökərək qarışdırırıq və ağzı kip bağlanılaraq 1 gün saxlanılır 1 gündən sonra yenə əridilir (qaynatmağa ehtiyac yoxdur) süzülərək kəklikotu qırıntıları atılır və sonra 100 qram qarazirə yağı ilə qarışdırıb şüşə qaba tökülür 1-2 saatdan sonra istifadəyə hazırdır. Deməli kəklikotunu bura qarışdırmaqda məqsədimiz kəklikotunun efirli birləşmələrini piyə keçirməkdir. Bu kremi çox geniş spektrli sahələrdə istifadə edə bilərsiniz.
1. Uşaq və böyüklərdə soyuqdəymələr zamanı sinə, kürək, boğaz nahiyyəsi axşamlar masaj olunur çox yaxşı bir yumşaldıcı və tərlədici bir effekti vardır.
2. Əl çatlarında və çatlamanın qarşısını almaq üçün istifadə edilir əlləri yumşaldır.
3. Daban və qarın çatlarında gündə 2 dəfə istifadə olunur.
4. Dərialtı iltihablarda dəri üstünə çəkilir.
5. Revmatizm zamanı dizlərə və baldırlara çəkilir.
6. Osteoxondroz zamanı axşamlar, osteoxondroz üstünə vurulur, yüngül masaj edilir osteoxondroz zamanı 1 ay ara vermədən istifadə olunmalıdır.
7. Qol və biləklər karpal tunel xəstəliyi zamanı gündə 2 dəfə masaj edilir və üstünə istilik verən lampa tutulur ki, dəridən daha tez sorulsun və tez təsir etsin.
8. Sifətə yumşaldıcı və ləkələr əleyhinə istifadə edə bilərsiniz.
9. Uşaqlarda pişməcə əleyhinə süni kremlərdən dəfələrlə çox faydalıdır.
10. Yay fəslində bütün bədənə çəkilərək günəş ləkələrinin və dəri qurumasının qarşısını ala bilərsiniz.
Sonda. Krem tam təbiidir istifadə zamanı heç bir əlavə təsiri yoxdur, dərini qurutmur, codlaşdırmır əksinə elastiki, yumşaldıcı bir təsiri vardır. Kəklikotunun ətri isə keçi piyinin və qarazirənin ətrini demək olar ki, aradan qaldırır, xoş bir təsir bağışlayır.

AsistantAsistant Staff replied 4 ay ago

Bilmirsiz bunu hazırlayıb satan var?