Ağız südü nədir, əhəmiyyəti nədir, düzgün mayalanma?!

SuallarCategory: SuallarAğız südü nədir, əhəmiyyəti nədir, düzgün mayalanma?!
AgroExpertAgroExpert Staff asked 1 il ago

1 Answers

Ağız südü bütün heyvanlarda bala doğulandan sonra ilk 3-10 gündə gələn südə deyilir. Bala dünyaya gəldiyi zaman onun immun sistemi zəif olur. Ağız südü ilə düzgün yemlənən (mayalanan) balanın immun sistemi güclənir, yəni təbii vaksinasiya baş verir. Ağız südünün tərkibində imunoqlabin çoxdur.
Düzgün mayalanmayan (ağız südü ilə qidalanmayan) çəpiş (quzu, buzov) gələcəkdə yaxşı böyümür, cır qalır, xəstələnir, süd verimi az olur.
Çəpişləri düzgün mayalandırmaq üçün:

  • İlk 3 gün çəpişi keçinin yanından ayırmamalı və tez tez əmizdirilməli
  • Sonrakı 5-7 gün ərzində gündə 3 dəfə
  • 7 gündən 3 aya kimi gündə səhər-axşam 2 dəfə
  • 3 aydan 5 aya kimi gündə 1 dəfə əmizdirilməlidir

Dünya təcrübəsində isə saanen və digər cins keçi balaları 2 ay əmizdirilir. Bala doğulan kimi ayrılır. Süd sağılır və:

  • İlk 3 gün 2 saatdan bir verilir gün əzrində
  • Sonrakı 3-15 gün gün ərzində 3-4 dəfə
  • 15-30 gün ərzində gündə 2 dəfə səhər-axşam
  • 30gündən sonra gündə bir dəfə verilir.

Yerli qoyunların süd verimi az olduğu üçün quzular elə ilk günündən ananın yanına verilir və quzu süd qurudana kimi əmir.

Buzovların düzgün mayalandırılması haqqında bu videonu izləyin: https://www.youtube.com/watch?v=yCKzmmpjDhE

AvatarAdmin Staff replied 1 il ago

Buzoy bütün südü əmirsə sağmağa ehtiyac yoxdur. .
Yox Buzoy iki məmədən doyursa mütləq sağmaq lazımdır. .
El arasında ağız südünə bulama deyilir. ..mal var bir həftə mal var üç gün bulama verir. .Onun sağmağa dəxli yoxdur. .həmdə xamna yerli düyənin doğum vaxtı buzoy doğulub başı qarışan vaxtı mütləq məməsini sığamaq lazımdır. .Sonra qıdığı tutur təpik atır. Başı qarışıq vaxtı həmin dəyqə südü sağmasan da yelninə əl gəzdirmə lazımdır. .
Sonra bir məmə sağmaq lazımdır. Buzoy ota öyrəşdikçə iki üç sağmaq lazımdır. .
6aydan sonra bu zoya süd saxlamaq lazım deyil. .ancaq bizim yerli inəklər balasız süd vermədiyi üçün südü eydirmə üçün buzoy altında buraxılır.
Danalı qısır malı bir öynə sağına salmaq lazımdır. .O da axşam sağmaq məsləhət. .çünki səhər sağıb örüşə ötürən də Danalı inəyin axşama yelninə elədə süd gəlmer. Nəticəsində inək örüşdən evə gəlməyə bilər. .beləçə inək yua öyrənir. .çöldən çölə tövləyə meyl etmir. .Bir var evdə otu yemi bol ola. .Amma örüş malı geçə sağılma yaxşı olar. .

Muvahhid Turk