Pasterellyoz

Müxtəlif növ heyvanlarin və insanın tənəffüs yollari və bağirsaqlarin selikli qişalarinin septisemiyasi ilə, pnevmoniya, plevropnevmoniya, həmçinin şişkinliklərlə təzahür edən kontagioz antropozoonoz xəstəliklər qrupudur.  Pasterellyoza bütün növ ev heyvanlari, bir çox vəhşi heyvanlar və quşlar həssasdir. Qaramal, camişlar, dovşanlar və toyuqlar daha həssasdir. Pasterellyozun törədicisi  brucellaceae ailəsinə mənsub  pasteurella  cinsli bakteriyadir.

ilk simptomlar törədicinin virulentlik xüsusiyyətindən və orqanizmə daxil olma yolundan asili olaraq pasterellyozda inkubasion dövr 1 neçə saatdan 3 günə qədər davam edir. Xəstəliyin gedişi 4 formada olur:  ildirimvari, iti,  yarimiti,  xroniki. bədən temperaturu 41-420c-yə yüksəlir,  yemdən imtina halları qeyd edilir, heyvan hərəkətsiz vəziyyət alir, ürək fəaliyyətinin ağir pozulmalari, qanli ishal, bağirsaqlarin (bağirsaq formasi), tənəffüs orqanlarinin (döş formasi), yaxud bədənin müxtəlif yerlərində şişlərin əmələ gəlməsi (şiş formasi) ilə təzahür edir.

digər simptomlar. Plevropnevmaniya, tənəffüsün tezləşməsi, burun dəliklərindən serrozlu, irinli axintilar görünür, nəbz tezləşir. baş, döş, boyun, bəzən ətraflarda, tənasül orqanlarinda tez yayilan iltihabi şişlər əmələ gəlir. Dil şişkinləşir, göy rəngə boyanir. xəstəliyin sonunda qan qarişiqli diareya əmələ gəlir. bəzən mastitlər də müşahidə olunur.

diaqnoz. Epizootoloji, kliniki, patoloji və laborator müayinələr kompleksi əsasinda qoyulur. Müayinə üçün xəstə heyvanlarin səthi damarlarindan qan və burun seliyi, heyvan tələf olduqda isə ürəkdən qan, ağciyər qaraciyər və s. orqanlardan  tikələr və lülə sümükləri götürülür.

müalicə. Xəstə heyvanlara müalicəvi dozada pasterelyoz əleyhi hiperimmun qan zərdabı və antibiotikər tətbiq edilir. Müalicə məqsədilə patogenetik və simptomatik vasitələrdən də istifadə edilir.

profilaktika: Pastrelyozun spesifik profilaktikası üçün pasterelyoz əleyhinə diri və inaktivasiya edilmiş vaksinlərlə heyvanlar peyvəndlənilməlidir. Immunitet 6 aya qədər davam edir.  Xəstəliyin baş verməməsi üçün – təsərrüfata  daxil olan  bütün heyvanlar  30 gün baytarliq  nəzarəti  altinda  profilaktiki karantində  saxlanılmalı və  lazım  gələrsə pasterelyoz  əleyhinə  peyvəndə  cəlb edilməlidir.
Heyvanlarda pasterelyoz  aşkar olunduqda təsərrüfat pasterelyoza görə qeyri-sağlam elan olunmalı, əraziyə məhdudiyyət qoyulmalı və xəstəliyin ləğvi üzrə baytarliq-sanitariya dezinfeksiya tədbirləri planli şəkildə həyata keçirilməlidir.

təfriqi diaqnoz. Pasterelyozu septiki xarakterli qızdırmalı xəstəliklərdən – qarayara, emfizematozlu karbunkul və yaman keyfiyyətli şişdən təfriq etmək lazimdir.

qeyd. Məhdudiyyət qoyulmuş qeyri-sağlam təsərrüfatlar ciddi baytarliq-sanitariya tədbirləri keçirdikdən 14 gün sonra yenidən fəliyyət göstərə bilər. 

Kənd təsərrüfatı haqqında maraqlı məlumatlar əldə etmək üçü AgroExpert.az saytına daxil olun.