Mukormikoz (mukoroz) – heyvanların xroniki xəstəliyi

Mukormikoz (mukoroz) – heyvanların xroniki xəstəliyi olub, limfa vəzilərində yaraların, qranulematozlu proseslərin yaxud mədə-bağırsaq traktında nekrozların, hemorroji infarktların inkişafı ilə müşayət olunur. Törədicilər qismində Mucoracea ailəsinə mənsub, saprofit, təbiətdə geniş yayılmış göbələklərdir. Heyvanlarda xəstəliyi Mucorales cinsinin Mucor, Rhizopus, AbsidiaMortiella növləri tərəfindən törədirlər.

Ilk simptomlar:  Mukormikoza kənd təsərrüfatı, ev, vəhşi və xəzdərili heyvanlar arasında geniş yayılmışdır. Meymunlar və suitilər də xəstəliyə həssasdırlar.  Heyvan orqanizminin ümumi rezistentliyi zəiflədikdə torpaqda rezervuar olan göbələklər üçün əlverişli şərait yaranır, onlar  heyvanın dərisinin və selikli qişasının zədələnmələri zamanı yoluxmaya səbəb olurlar. Yoluxma tənəffüs yolu və həzm traktı ilə də baş verə bilir. Iri buynuzlularda xəstəlik daha çox ağciyər formasında bir qayda olaraq vərəmlə xəstə heyvanlarda müşahidə edilir. Bu zaman heyvanın fekalında qan qarışığı və iti keçən diareya, atoniya fonunda mədə-bağırsaq traktının zədələnməsi əlamətləri büruzə verir.

Digər simptomlar: Yemlə yaxud nəfələ orqanizmə düşən göbələklər limfogen və hematogen yollarla ağciyərlərə və digər orqanlara yayılaraq iltihabi prosesə səbəb olur. Heyvanın döş qəfəsinin limfa vəziləri, ağciyərlər, patoloji prosesə uğrayırlar. Bu isə prosesin genişlənməsinə (generalizasiya) və müxtəlif orqanlarda (qaraciyər, dalaq) müxtəlif zədələnmələr, yara ocaqlarının inkişafına səbəb olur. Öncə ocaqlar kirəcləşməyə məruz qalır, birləşdirici toxuma ilə əhatə olunur və infeksion prosesin sonrakı inkişafı yaranır.

Diaqnoz. Diaqnoz patoloji materialın mikroskopik müayinəsinə, təmiz kulturanın alınmasına əsaslanır. Patoloji-anatomik və histoloji müayinələrin aparılması diaqnozun təsdiqi üçün çox əhəmiyyətlidir.

Müalicə: Müalicə səmərə vermədiyi üçün aparılmır. Heyvanlar təcrid edilərək utilizasiya edilir.

Profilaktika:  Spesifik profilaktika işlənilməmişdir. Ümumi profilaktikanın əsasını heyvanların travma və dəri örtüyünün bütövlüyünün qorunması, heyvanların saxlanılmasında və qulluqda baytarlıq-sanitariya tədbirlərinə əməl edilməsi təşkil edilməli, qarışıq yemlər nəzarətdən keçirildikdən sonra heyvanlara verilməlidir. Xəstəlik aşkar edildikdə təsərrüfata karantin rejimi tətbiq edilir, xəstələr təcrid edilir, dezinfeksiya tədbirləri aparılır.

Təfriqi diaqnoz: Təfriqi diaqnoz zamanı kif göbələkərinin törətdiyi aspergillyoz  və pensillomikoz xəstəlikləri istisna edilməlidir.

Qeyd.  Xəstə heyvanlarda immunitet formalaşmır.

Kənd təsərrüfatı haqqında maraqlı məlumatlar əldə etmək üçü AgroExpert.az saytına daxil olun.