Mikotoksikozlar

Spesifik xəstəliklər olub, toksigen göbələklərlə metabolitləri müxtəlif orqanizmlərdə toksikoz törətmək qabiliyyəti olan mikomisetlər aiddir.  Törədici – toksiki maddələr əmələ gətirən 150-dən çox göbələk növü məlumdur ki, hər yerdə yayılmışlar. Mikotoksinlərin kimyəvi və bioloji təsirləri çox müxtəlif və fərqlidir. Onlar yüksək toksikliyə bir çoxu isə mutagen, teratogen və kanserogen xüsusiyyətlərə malikdirlər. Onların immunodepressiv təsirləri də müşahidə edilir. Mikotoksinlərin biokimyəvi quruluşundan asılı olaraq quşlar, atlar, donuzlar, daha sonra iri və xırdabuynuzlular həssasdırlar. Cavan heyvanlarda, boğazlarda daha intensiv qeyd edilməkdədir.

Ilk simptomlar: Yemlərdə zülal, vitamin çatışmazlığı yaxud da heyvanlarda maddələr mübadiləsi pozğunluğu, saxlanma şəraitinin qeyri-əlverişli olması mikotoksikozların inkişafına şərait yaradır. Heyvan orqanizmində temperatur norma daxilində olur, bəzən lixoradka ilə (temperaturun yüksəlib enməsi) təzahür edə bilir. Mərkəzi sinir sisteminin zədələnməsi, mədə-bağırsaq traktının – ağız boşluğu, düz bağırsağa qədər, atoniyalar, timpaniyalar, qaraciyərin patologiyası müşahidə edilir.

Digər simptomlar: Qanın formalı elementlərində dəyişikliklər – leykositoz, neytrofillərin limfositlərlə əvəz olunması ilə davamlı leykositoz, trombositopeniya təzahür edir. Tədricən ürək-damar və tənəffüs  sistemində ciddi dəyişikliklər, taxikardiya, bradikardiya, aritmiya, səthi tənəffüs müşahidə edilir.  Sidik-tənasül sistemi patoloji proseslərə məruz qalir – albuminuriya, hematuriya, poliuriya, balasalmalar, qısırlıq və s. kliniki əlamətlər büruzə verir. Birincili və iti mikotoksokoz zamanı kiçik dozalarda orqanizmə daxil olan mikotoksin heyvanda tədricən toksiki, subletal və ölümcül vəziyyətin yaranması ilə yekunlaşır.

Diaqnoz: Diaqnoz epizootoli məlumatlar, kliniki nişanələr, patoloji-anatomik dəyişikliklər, qanda büruzə verən dəyişikliklər, heyvanların rasionunda istifadə olunan yemlərin tam toksiko-mikoloji müayinələrinə əsasən qoyulur.

Müalicə: Simptomatik – müxtəlif  orqanlarda yaranmış patoloji proseslərə qarşı müalicə tətbiq edilir.

Profilaktika: Profilaktikanın əsasını qida və yem substratlarının göbələklərin toksinləri ilə yoluxmasının qarşısının alınması və qorunması üsullarının düzgün hazırlanması təşkil edir. Eləcə də məhsulun yığılmasının, yemlərinin tədarükünün quru havada aparılması, yemlərin saxlanılmasında aqrozootexniki qaydalara əməl edilməsi vacib şərtlərdəndir. Mikotoksinlərlə sirayətlənmiş yaxud da zəhərlənmədə şübhəli bilinən yemlər rasiondan çıxarılmlı, ot, küləş, yarma müxtəlif  məhlullarla işləmədən keçirilməlidir.

Təfriqi diaqnoz: Bakterial və kimyəvi zəhərlərlə zəhərlənmələrdən təfriq edilməlidir.

Qeyd: Xəstəliyi keçirmiş heyvanlarda immunitet formalaşmır, yenidən yoluxma halları müşahidə edilir.