Melioidoz

Heyvanların və insanların zoonoz septiki xəstəliyi olub, yuxarı tənəffüs yollarının selikli qişasının kataral-irinli iltihabı, septisemiya, müxtəlif orqan və toxumalarda çoxsaylı absesslərin əmələ gəlməsi və yüksək letallıqla səciyyəvidir. Xəstəliyə kənd təsərrüfatı heyvanları ilə yanaşı it, pişik, gəmiricilər də həssasdırlar.  Xəstəliyin törədicisi qram mənfi bakteriyalardır

İlk simptom: İnkubasiya dövrü 3-10 gündür. Xəstəlik iti, yarım iti və xroniki gedişlidir.  Xəstəlik zamanı limfatik düyünlərin irinləməsi baş verməklə diareya, irinli konyuktivit, vaginit, rinit müşahidə edilir. Dəridə nahamar yaralar əmələ gəlir, kaxeksiya inkişaf edir.

Digər simptomlar: Qısamüddətli isitmə, burundan irinli axıntı, bəzən sepsis, daxili orqanlarda absesslər müşahidə edilir. Kürəkönü limfa düyünlərinin irinləməsi bəzən də sinir sistemi ilə əlaqəli simptomlar nəzərə çarpır.

Diaqnoz: Epizootoloji, kliniki, patoloji-anatomik müayinlərin təhlilinə və laboratoriyada aparılmış bakterioloji, bioloji sınaqlara əsasən qoyulur.

Müalicə: Xəstə heyvanların müalicəsi səmərəsiz olduğu üçün aparılmır.

Profilaktika: Şəxsi profilaktika qaydalarına əməl etməklə xəstə heyvanlar məhv edilir, cəsədlər yandırılır. Xəstəliyə şübhə yarananda heyvanların ətlik üçün kəsilməsi qadağandır. Qeyri-sağlam təsərrüfatlarda məhdudiyyətlər qoymaqla dezinfeksiya, dezinseksiya və deratizasiya aparılır.

Təfriqi diaqnoz: Melioidozu manqodan, epizootik limfangitdən, staflikokkozdan, streptokokkozdan, bakterioloji, seroloji və allergik müayinələrlə təfriq etmək lazımdır.

Qeyd: İnsanların yoluxma mənbəyi siçovullar və xəstəliyə həssas ev heyvanlarıdır. Həmçinin törədicini hava-damcı yolu ilə siçovul birələri, mığlar da yayırlar.

Kənd təsərrüfatı haqqında maraqlı məlumatlar əldə etmək üçü AgroExpert.az saytına daxil olun.