Leptospiroz

Təbii ocaqlı infeksion xəstəlik olub, kənd  təsərrüfatı, bir çox vəhşi heyvanların əsasən iti  gedişli xəstəliyi olmaqla, anemiya, sarılıq, hemoqlobinuriya, dərinin nekrozu, qoyunlarda yunun tökülməsi, mədə önlüklərinin atoniyası və s. kimi əlamətlərlə xarakterizə olunur. Xəstəliyə insanlar, gəmirici və itlər də həssasdırlar. Xəstəliyin yayılmasında ömürlük leptospirdaşıyıcı olan gəmiricilər, həşəratyeyənlər və vəhşi hayvanlar əsas rol oynayır. Xəstəliyin törədicisi – leptospirlər fəal şəkildə hərəkətə malik bakteriyalardır.

Ilk simptomlar. Leptospiroz xəstəliyi iti, yarımiti və xroniki formalarda gedir. Xəstəlik törədicisi insan və heyvan orqanizminə zədələnmiş dəri, ağız və burun boşluğunun, gözün, sidik tənasüb yolunun, tənəffüs və mədə bağırsaq yollarının selikli qişaları vasitəsilə daxil olur. Leptospirlər fəal hərəktliyi sayəsində qısa müddətdə xəstənin daxili orqanları və toxumalarına daxil olurlar Xəstliyin inqubasiya dövrü heyvan orqanizminin xarici mühitin və xəstəlik törədicisinin bir çox xüsusiyyətlərindən asılı olaraq 2 gündən 20 günə kimi davam edir. Bədən temperaturu 40–42,5oC-yə kimi artmasi, ümumi zəiflik, bəzən güclü oyanıqlıq, bəzən isə qıcıqlanmanın əmələ gəlməsi ilə meydana çıxır.

Digər simptomlar. Tənəffüs və ürək  vurğuları artır. Eritrositlər hemolizə  uğrayır və müəyyən dərəcədə sarılıq və hemoqlobinuriya inkişaf edir, heyvan tez-tez sidik ifraz edir. Sidik qırmızı, tünd –qırmızı rəng alır. Xəstəlik 12- 24, bəzən isə 48 saata kimi  davam edir.Adətən xəstəlik 100 % ölümlə nəticələnir.  Xəstəliyin gələcək inkişafı, mədə önlüklərində, bağırsaqlarda atoniya, dəridə nekrozun əmələ gəlməsi ilə xarakterizə olunur. Lakin bu simptomlarla yanaşı heyvanın ümumi hərarəti aşağı düşür. Rinit və konyunktivit nəzərə çarpmaqla, selikli qişalarda və dəridə nekroz sahələri aydın görünür. Boğaz heyvanlarda balasalma müşahidə edilir. Xəstəliyin yarımiti gedişi 20 günə qədər davam edir və vaxtında müalicə aparıldıqda çox vaxt sağalma ilə nəticələnir.

Diaqnoz. Leptosprioz xəstəliyinə diaqnozun qoyulması çətindir, lakin diaqnozun qoyulması üçün kompleks müayinə üsullarını işlətdikdə, düzgün diaqnozun qoyulması mümkündür. Diaqnozun qoyulması üçün epizootiki, kliniki, patoloji-anatomik, bakterioloji və seroloji müayinələrdən istifadə olunmalıdır. Epizootoloji müayinədə xəstəlik mənbəyi, xəstəliyn təsərrüfata gətirilmə yolu,onun baş vermə vaxtı, iqlim, metoroloji və yerin torpaq xüsusiyyəti, heyvanların saxlanılması, yemlənməsi, suvarılması və s. amillər nəzərə alınır. Diaqnozun qoyulmasında klinik əlamətlərdən ümumi temperaturun artması xüsusiyyətinə, sarılığa, hemoqlobinuriyaya, qanda hemolizin getməsinə, tükün tökülməsinə, dəridə nekrozun əmələ gəlməsinə daha çox fikir verilməlidir.

Müalicə. Leptosprioz xəstəliyi simptomatik və spesifik müalicə edilir.     Simptomatik müalicəxəstəlik zamanı inkişaf edən simptomlara qarşı aparılır. Leptosprioz xəstəliyində kəskin dəyişiklik mədə önlüklərinin və bağırsağın peristaltikasının pozulması ilə meydana çıxır. Həmin üzvlərin peristaltikasını qaydaya salmaq üçün Qlanuber və Karsbad duzlarının işlədilməsi yaxşı nəticə verir. Böyrəklərin və başqa sidik üzvlərinin dezinfeksiyası üçün 10%-li urotropin məhlulu və qida maddəsi kimi askorbin turşusu ilə birlikdə qlükoza yaxşı nəticə verir. Qan doğuran orqanların fəaliyyətinin artması üçün B12 vitamini də yaxşı nəticə verir. Spesifik müalicəvasitələrindən leptospiroz əleyhinə serum işlədilir və xəstəliyin başlanğıcında müsbət nəticə verir. İri buynuzlu heyvanlara  50-120ml, buzovlara 20-40ml, qoyunlara 5-30ml dəri altına vurulur. Antibiotiklər təyin edilir. Müalicə kursu bütün növ heyvanlarda 4 gün olmaqla gündə iki dəfə işlədilir.     

Profilaktika. Leptospiroz xəstəliyinin profilaktikası ümumi və xüsusi profilaktika tədbirlərindən ibarətdir. Ümumi profilaktika tədbirləri təsərrüfatda olan infeksiya mənbəyini müəyyən edib ləğv edilməsinə qarşı yönəldilməlidir. Leptospiroz xəstəliyi baş vermiş təsərrüfatda klinik müayinə və termometriya nəticəsində müəyyən edilmiş xəstə və xəstəliyə şübhəli heyvanlar təcrid edilərək müalicə olunur, şərti sağlamlarda isə xüsusi profilaktika aparılır. Xəstəlik baş vermiş təsərrüfatda heyvan saxlanılan binalar və onların həyətlərində baytar-sanitar  tədbirləri aparmaqla dezinfeksiya işlərinin görülməsi vacibdir.     Xüsusi profilaktika  serum və vaksinlə aparılır. Xəstəliyə qarşı planlı profilkatika tədbirinin ən əlverişli vaksinoprofilaktikadır. Heyvanlarda bu vaksinlərlə immunitet yaratmaq üçün vaksin orqanizmə 2 dəfə vurulur. Birinci vaksinasiya ilə ikinci vaksinasiya arasında 7 gün fasilə olmalıdır. Hazırda heyvanların leptospirozu əleyhinə polivalent ,,VQNKİ” vaksini kənd təsərrüfatıheyvanlarının peyvəndlənməsi üçün istifadə edilir.

Təfriqi diaqnoz. Iri və xırda buynuzlu heyvanlarda leptospirozun differensial diaqnostikası zamanı bruselyoz, piroplazmidoz, yaman keyfiyyətli kataral isitmə, kampilobakterioz, mikotoksikozdan təfriq etmək lazımdır.

Qeyd. Insanlar leptospiroza çirkli sulardan istifadə edərkən, gəmiricilərin yoluxdurduğu ərzaq məhsullarından, xıstə inəklərin çiy südündən istifadə edərkən yoluxurlar. Xəstəlik insanda isitmə, zəhərlənmə əlamətləri, böyrəklərin, qaraciyərin, sinir sisteminin zədələnməsi ilə xarakterizə olunur. Profilaktikada kompleks tibbi və baytarlıq-sanitariya tədbirləri aparılmalıdır.

Kənd təsərrüfatı haqqında maraqlı məlumatlar əldə etmək üçü AgroExpert.az saytına daxil olun.