Iyersiniozlar

Termini altında patogenezində, kliniki mənzərəsində və mübarizə tədbirlərinin təşkilində ümumi xüsusiyyətlər olan bağırsaq iyersinozu və psevdotuberkulyoz kimi iki zooantroponoz infeksion xəstəliklər birləşir. Yersinia cinsinin mikroorqanizmləri – bakteriyalar tərəfindən törədilir. Infeksion xəstəlikər olub kənd təsərrüfatı heyvanlarında mədə-bağırsaq sisteminin və daxili orqanların damar düyünlü şorvari-nekrotik zədələnməsi ilə xarakterizə olunur. Xəstəlik it və pişiklərdə də geniş yayılmaqdadır.

Ilk simptomlar. Alimentar yolla orqanizmə düşmüş bakteriyalar toxumalarda reproduksuya edir,  limfoid aparatı zədələyir, müxtəlif dərəcəli iltihabi proseslər yaradır. Xəstəliyin gedişatında heyvanın yaşı, çəkisi, yemləndirilməsi, saxlanma şəraiti mühüm rol oynayır. Inkubasiya dövrü 3-6 bəzən 9-14 gün davam edir.

Digər simptomlar. Iri buynuzlu heyvanlarda xəstəlik lataent gedişli olmaqla törədicini ətraf mühitə yaymaqda mühüm rol oynayırlar. Balasalma, balalığın involyusiyası, sonun ləngiməsi, mastitlər müşahidə olunur. Cavan heyvanlarda mədə-bağırsaq sisteminin pozulması – diareya, arıqlama və xəstə heyvanların tələf olması ilə nəticələnir. Keçilərdə kliniki nişanələr olmur. Qoyunlarda limfa düyünlərinin böyüməsi, öskürək, burun axıntısı, tənəffüsün çətinləşmsi, bronxopnevmaniya, anemiya və arıqlama qeyd olunur.

Diqanoz. Epizootoloji, kliniki və patoloji-anatomik məlumatların təhlili, bakterioloji müayinələrin nəticələrinə əsasən qoyulur. Seroloji müayinələr dəqiq diaqnoz qoymağa imkan verir. Bakterioloji müayinələr isə son diaqnoz hesab edilir. Heyvan diri olduqda fekalinin müayinəsi xəstəliyi aşkar etməyə imkan verir.

Müalicə. Iyersinioz ilə xəstə heyvanların müalicəsi onların antibiotiklərə həssaslığı nəzərə alınaraq aparılır. Antihistamin preparatları, immunogenezi stimulə edən vasitələr, askorbin turşusunun və polivitaminlərin yüksək dozaları təyin edilir.

Profilaktika. Infeksiyanı erkən aşkar etmək üçün qeyri-sağlam təsərrüfatın heyvanlarında davamlı olaraq kliniki baxış aparılır, görünən limfa düyünləri palapasiya edilir. Xəstə heyvanlar təcrid edilir, müalicəyə cəlb olunur, ağırlaşmış formalarda kəsim üçün göndərilir. Heyvandarlıq binalarında dezinfeksiya, deratizasiya tədbirləri aparılır.

Təfriqi diaqnoz. Iyersiniozu əsasən bruselyoz xəstəliyindən təfriq etmək lazımdır. Bundan başqa mədə-bağırsaq sisteminin zədələnməsi ilə keçən digər xəstəliklərdən differensiasiya olunmalıdır.

Qeyd. Insanlarda yoluxmanın qarşısını almaq üçün birinci növbədə sanitar-gigiyenik və təhlükəsizlik qaydalarına ciddi əməl olunmalıdır. Ətdə iyersinilərin çoxalmasının qarşısını almaq üçün ət 180C və ondan aşağı temperatuda dondurulmalıdır. Ətin ticarət şəbəkələrinə yaxud ictimai iaşə müəssisələrinə çatdirilmasına qədər donun açılmasına yol verilməməlidir.

Kənd təsərrüfatı haqqında maraqlı məlumatlar əldə etmək üçü AgroExpert.az saytına daxil olun.