Iri buynuzlu heyvanların paraqrip-3 xəstəliyi

Xəstəliyin bir digər adı – İri buynuzlu heyvanların nəqliyyat isitməsi. Başlıça olaraq buzovların isitmə, tənəffüs orqanlarının kataral ilə səciyyələnən kontagioz  xəstəliyidir. Virus bütün yaş qrupundan olan İBH, qoyunlar, donuz, at, camış və bir çox quş növləri arasında sirkulyasiya edir. Paraqrip-3-lə adətən 10 günlükdən 1 yaşadək olan buzovlar, çox az hallarda 1 yaşdan yuxarı cavanlar xəstələnirlər. Yaşlı heyvanlar xəstəliyə həssas olsalar da gizli keçirirlər. TörədiciParamyxoviridae ailəsinə mənsub RNT-li virusdur. Xüsusiyyətlərinə və spesifikliyinə görə fərqlənən 2 tip – S-antigeni və səthi V-antigeni vardır. Virus antigenliliyinə görə insanların paraqrip-3 virusu ilə identik və yaxındır. Yüksək temperatur və ultrabənövşəyi şüalar, efir, xloroform onu tez məhv edir. 560C-də 30 dəqiqə qızdırıldıqda, 600C-də 30 dəqiqə, 500C-də 120 dəqiqə müddətində inaktivləşir, aşağı pH mühit  öldürücü təsir göstərir.

Ilk simptomlar. Törədicinin hava-damcı yolu ilə peroral, süd, kal kütləsi və vaginal ifrazatlarla heyvanları yoluxdurması təsdiq edilmişdir. Cinsiyyət yolu ilə ötürülməsi də istisna edilmir. Boğaz inəklərdə infeksiya törədicisi dölü ana bətnində yoluxdura bilir ki, bu da balasalmaya və ya yaşamaq qabiliyyəti olmayan buzovların doğulmasına səbəb olur. İnkubasiya dövrü 1-5 gündür. Yuxarı tənəffüs yollarından orqanizmə daxil olmuş rinit, bronxit və ağır pnevmaniyaya kimi müxtəlif kliniki əlamətlərlə müşahidə oluna bilir. Xəstəlik ildırımvari, iti, yarımiti, xroniki gedişli olur. Ildırımvari gediş 6 aylığadək buzovlarda – halsızlıq, komatoz vəziyyət və heyvanın ölümü ilə nəticələnir. Iti gediş temperaturun 41,5C-dək yüksəlməsi, tənəffüsün, nəbzin tezləşməsi, iştahasızlıq, əzginliklə təzahür edir. Öskürək, burundan serrozlu-selikli axıntı, göz yaşı, ağız suyu kimi kliniki əlamətlər 2-3 günlərdən başlayaraq 6-14 günə qədər davam edir.

Digər simptomlar. Yarımiti gedişdə əlamətlər iti formada olduğu kimi lakin xeyli zəif nəzərə çarpır, temperatur cüzi yüksəlir, 7-10 gündə heyvan sağalmağa başlayır. Xroniki gediş – Paraqrip-3 xəstəliyinin iti yaxud yarımiti gedişinin digər infeksiyalarla mürəkkəbləşməsinin nəticəsidir.daha çox pasterellalarla sirayətlənmiş olur.ümumi zəiflik halsızlıqla birgə diareya, enteritlər (nazik bağırsağın iltihabi-distrofik patologiyası), xroniki bronxopnevmaniya inkişaf edir.

Diaqnoz: İribuynuzlu heyvanların paraqripinə diaqnoz epizootoliji, kliniki, patoloji-anatomik məlumatlara və laborator müayinələrin nəticələrinə əsaslanmaqla kompleks qaydada qoyulur. Laborator müayinələrə xəstə heyvandan götürülən patoloji materialda İFR ilə antigenin tapılması, törədicinin hüceyrə kulturasında patoloji materialdan ayrılması, onun HATR, İFR ilə identifikasiyası, xəstə və xəstəlik keçirmiş heyvanların qan zərdabından HATR-la anticisimlərin aşkar edilməsi aiddir.

Müalicə: Müalicə xəstəliyi iti və yarım iti gedişində səmərəlidir. Kompleks qaydada spesifik immun qan zərdabı və simptomatik müalicə aparılır. Bakterial mikrofloranın inkişafını dayandırmaq məqsədilə antibiotiklər……. və tənəffüs yollarının mikroflorasının həssaslığı nəzərə alınmaqla preparatlar təyin olunur. Simptomatik müalicədə ürək-damar sistemini tənzimləyən, sidikqovucu, bəlğəmgətirici, bronxolitik preparatlar da istifadə olunur. Maddələr mübadiləsini normallaşdırmaq məqsədilə A, D, C vitaminlərindən və B qrupu vitaminlərdən istifadə edilir.

Profilaktika: Spesifik profilaktika vaksinasiyadan ibarətdir. Buzovlarda 2 dəfə peyvəndləmədən sonra yaranmış immunitet 6 ay davam edir. İmmun inəklərdən doğulmuş buzovlar anticisimləri analarından ağız südü vasitəsilə alırlar ki, bu da 4-8 həftə davam edir. Bu müddətdən sonra buzovların peyvənd olunması vacibdir. Profilaktikanın əsası baytarlıq –sanitariya tədbirlərinə ciddi əməl edilməsi, dezinfeksiya tədbirlərinin mütəmadi aparılması, heyvanların normal inkişafı üçün müvafiq şəraitin yaradılmasından ibarətdir.

Təfriqi diaqnoz: Rinotraxeitdən, adenovirus infeksiyasından, viruslu diareyadan, respirator sinsidial infeksiyadan, pasterellyozdan, streptokokk infeksiyasından təfriq edilməlidir.

Qeyd: Xəstəliyi keçirmiş heyvanlara bir qayda olaraq yenidən infeksiyaya yoluxmurlar. Qyeri-sağlam təsərrüfatlarda son xəstə heyvan sağaldıqdan 14 gün sonra son dezinfeksiya aparılmaqla sağlam hesab edilir.

Kənd təsərrüfatı haqqında maraqlı məlumatlar əldə etmək üçü AgroExpert.az saytına daxil olun.

Rəy bildirin

Bir cavab yazın