İnfeksion Laringo traxeit (İLT)

Bütün növ quşların yüksək kontogiozlu respirator, iti gedişli virus xəstəliyi olub,  traxeya, qırtlaq və göz bəbəklərinin selikli qişalarının kataral-hemorroji iltihabı, tənəffüsün çətinləşməsi, xırıltı, öskürəklə səciyyəvidir. Xəstəliyə toyuq, hind quşları, qırqovul, sesarkalar və s. həssasdırlar.    Törədicisi yüksək virulentli Herpesviridae ailəsindən olan virusdur.

Ilk simptomlar: Xəstəliyə əsasən 1 yaşa qədər cavan quşlar yoluxurlar. Yoluxma çox vaxt aerogen yolla bəzən də yemlə, su ilə, inventar vasitəsilə baş verir. Qısa müddətdə xəstəlik  bütün quşları yoluxdura bilər.          Yoluxmanın inkubasiya dövrü əsasən quşların rezisentliyindən və saxlanma şəraitindən asılı olaraq  6 -10 gün çəkir. Xəstəliyin gedişi iti, yarımiti, xroniki və simptomsuz formada keçir. Xəstə quşlar az hərəkətli, süst, tükləri pırpızlaşmış, gözlərini yummuş vəziyyətdə olurlar.

Digər simptomlar: İti formada qırtlağın fibrinozlu-hemorroloji iltihabı və traxeyada selikli ekssudatın toplanması nəticəsində tənəffüsün çətinləşməsi halı baş verir, tənəffüs zamanı xırıltılı səs eşidilir. Əksər vaxtı rinit, sinusit, konyunktivit, gözün ətrafının şişməsi baş verir. Boğulmadan ölüm halları 50%-ə qədər arta bilir. Xəstəliyin yarımiti gedişi vaxtı göstərilən kliniki gedişi nəzərə çarpmaya bilər. Konyukivit, asqırma, öskürmə qey olunur. Diaqnoz: Epizootoloji məlumatlar, kliniki əlamətlər və patomorfoloji dəyişikliklər nəzərə alınmalıdır. Neytrallaşdırma reaksiyası vasitəsilə virus xəstə quşların udlağından ayırmaqla laboratoriyada virusoloji müayinə aparılmalıdır (PZR və seroloji testlər).

Müalicə: Spesifik müalicə yoxdur. Simptomları aradan qaldırmaq üçün oksitetraskilin, enrofloksasin, norfloksasin, siprofloksasin antibiotikləri tətbiq edilir. 

 Profilaktika: spesifik profilaktikada vaksinasiya mühüm rol oynayır. Cücələr 10 günlük olarkən vaksinasiya aparılmalı, 16-20 həftəlikdə revaksinasiya təkrarlanmalıdır.          Peyvəndləmə üsullarından (kloaka, aerozol, göz üsulu, su ilə) ən effektlisi göz üsulu hesab edilir. Məsələn, bu üsulla liofilizə edilmiş diri İnfeksion Laringo traxeitə qarşı Nobilis İLT (İntervet) peyvəndi tətbiq edilir. Son zamanlar İLT profilaktikasında diri attenyrovat olunmuş vaksin tətbiq edilir. Preparat yalnız qeyri-sağlam bölgələrdə tətbiq edilir. Bu məqsədlə diri AVİVAK-İLT (ÜETQXİ ştamından) tətbiq edilir. Quşlar iki dəfə, birinci dəfə 25-30 günlüyündə, ikinci dəfə isə 6-7 həftə sonra peyvənd olunur. Bu üsulla immunitet quşları saxlanma və istifadə dövrünü təmin edir.

Təfriqi diaqnoz: Xəstəliyi Nyukasl, infeksion bronxit, çiçək və respirator mikoplazmozdan təfriq etmək lazımdır.

Qeyd: xəstəlik keçirmiş sağalmış quşlarda yaranmış gərgin immunitet onları həmişəlik yenidən yoluxmadan         qoruyur.

Müəllif: Əzizova Aygün

Kənd təsərrüfatı haqqında maraqlı məlumatlar əldə etmək üçü AgroExpert.az saytına daxil olun.