İnfeksion bursal xəstəliyi (Qambora xəstəliyi)

Cücələrin iti gedişli kontagioz xəstəliyi olub, limfoid orqanların zədələnməsi ilə immun depressiyanın inkişafı nəticəsində quşların yoluxucu xəstəliklərə həssaslığının artması, böyrəklərin və fabrisius kisəsinin selikli qişasının iltihabı, əzələiçi hemorragiya, diareya  ilə səciyyələnir. Xəstəlik immun komponentlərinin zəifləməsinə gətirib çıxarır. Törədici bir neçə birnarviridae ailəsinə mənsub RNT-li virusdur.          İnfeksiya mənbəyi xəstə cücələrdir. Cücələrin peyini vasitəsilə yem, döşəmə, su və s. yoluxur və virus quş qəfəslərindəki avandanlıqlarda, divarda bir ilə  qədər yaşaya bilir.                                   

Ilk simptomlar: Xəstəliyin gedişi iti və subklinikdir. Iti gediş 3-6 həftəlik yaşda olan quşlarda müşahidə olunur.Xəstəliyin kliniki təzahürü artıq yoluxmadan 2-3 həftə sonra nəzərə çarpır.Xəstəliyin ilkin simptomları – ağ sarımtıl rəngdə diareya, iştahanın birdən kəsilməsi, ayaqların və başın əsməsi ilə koordinasiyanın itməsi müşahidə edilir. Dehidratasiya, depressiya inkişaf edir, hərəkətsizlik və ölüm baş verir.

Digər simptomlar: Yüksək ölüm yumurtalıq cinslərin 6-8 həftəlik yaşda olan cavanlarında və 3-4 həftəlik ətlik cinsli cücələrdə baş verir.  Subklinik gediş 1-21 günlük quşlarda qeyd edilir. Kliniki əlamətlər və ölüm müşahidə edilmir. Xəstəlik zamanı qanda B-limfasitlərinin səviyyəsi xeyli aşağı düşdüyündən immunitet kəkin aşağı düşür. Beləliklə, xəstəlikdən sağalmış quşlar digər infeksiyalara çox həssas olurlar. Müxtəlif əzələ qruplarında, vəzili mədənin, kor bağırsağın selik qişasında qan sağıntı aşkar olunur. Böyrəklərin həcmi böyüyür, sidik kanalları uratlarla dolu olur.       

Diaqnoz: İnfeksion bursitin tipik formasının diaqnozu kliniki və patomorloji əlamətlərə görə asanlıqla təyin edilir. Erkən stadiyada və yaxud atipik formada diaqnoz laborator müayinə ilə virusun ayrılması, onun identifikasiyası, antitellərin müəyyən olunması və bioprob yolu ilə müəyyən olunur. Ilkin diaqnoz zamanı fabrisius kisəsindəki dəyişikliklər nəzərə alınır.

Müalicə: xəstəlik baş verdikdə xəstə və zəif – boy inkişafından qalan cücələr məhv edilir. Digər cücələrə vitaminlər, susuzlaşmanın qarşını almaq üçün preparatlar təyin edilir. Mürəkkəbləşmələrin qarşısını almaq üçün bakteriyalara qarşı yemdə antibiotiklər verilir.

Profilaktika:. Spesifık profilaktika üçün diri quru virus vaksindən və inaktivləşdirilmiş vaksindən təlimatlarına müvafiq istifadə edilir. Cücələrin 10-14 gün fasilə ilə 2 dəfə içirtmə, buruna, gözə damızdırma yolu ilə peyvənd olunması səmərəli hesab edilir. Peyvəndin müddətini passiv əkscismlərin titrinə əsasən müəyyən edirlər. Mürəkkəb epizootik situasiya olan təsərrüfatlarda 3 dəfə peyvənd məsləhət bilinir. Son vaxtlarda anac toyuqları peyvənd etmədən cücələrin ilk günlərdə attenuasiya olunmuş virusla, yaxud inaktivasiya olunmuş vaksinlə peyvəndi səmərəli hesab olunur.

Bunlardan başqa xaricdən alınan CEBAK ΙβƊα; CEBAK Qumboa α- diri qurudulmuş vaksinlərindən də istifadə edilir.

CEBAK ΙβƊα vaksini quşların ilkin peyvəndləndirilməsi üçün içirtmə üsulu ilə verilir. Peyvəndləmədən əvvəl 1,5-3 saat müddətində quşlara su verilmir.  

CEBAK Qumbo α – diri qurudulmuş vaksin ilə peyvəndləmə içirtmə üsulu ilə iki dəfə aparılır. Vaksin qaynadılmış və soyudulmuş su ilə həll edilir. 1 litr suya 2,5 qr yağsızlaşdırılmış quru süd qatılır.

Təfriqi diaqnoz: Xəstəliyi infeksion bronxitdən, sulfanil amid preparatlarla zəhərlənmədən, mikotoksikozlardan, habelə Nyukasl xəstəliyindən, nefroz-nefritdən, leykozdan, marek xəstəliyindən təfriq etmək lazımdır.

Qeyd: Vaksinasiya cavan quşlarda yüksək immunitet yaradır, körpə cücələrdə isə anadan gəlmə immunitet qalır.

Müəllif: Aygün Əzizova