Dermatofilyoz

Müxtəlif növ kənd təsərrüfatı və vəhşi heyvanların iti yaxud xroniki keçən transmissiv mikozu olub, papulaların əmələ gəlməsi, bədənin və ətrafların dəri örtüyünün eksudatik-nekrotik iltihabı, heyvanın arıqlaması iə səsciyyəvidir.Xəstəliyə iri və xırdabuynuzlular, vəhşi heyvanlar, donuzlar həssasdırlar. Törədicisi Dermatophilus congolensis mitseliyə bənzər boyvermə xarakterikdir. Kultivasiya şəraitindən asılı olaraq 2 tip boyvermə müşahidə edilir: mitseliyal və kok. Kokabənzər forma qurudulmağa olduqca davamlı olub, 42-450C-ə qədər qızdırmaya 9 gün, 1000C qaynama temperaturunda isə 15 dəqiqə davam gətirirlər.

Ilk simptomlar: Xəstəliyin baş verməsi üçün dəri örtüyünün qıcıqlanması və ya zədələnməsi lazımdır. Törədici sıyrıntılar, cırmaq yerləri vasitəsilə dəriyə keçərək inkişaf etməyə başlayır. Xəstəliyin yayılmasında buğumayaqlılar da əsas rol oynayır. Belə ki, ilkin zədələnmələrin inkişafı gənələrin dişlədikləri yerlərdə daha çox müşahidə olunur.  Xəstəlik iti və xroniki gedişli formada olur. İti gediş  ibh-da dermatofilyozun kliniki təzahürü bel, boyun, baş boyunca yerləşən ayrı-ayrı ocaqcıqların yaranması ilə başlayaraq beldən quyruğa doğru, paçarası, yelin və toxumluqlara yayılması ilə xarakterizə olunur. Patoloji ocaqlar 1-2 sm diametrində şişkinlik formada olub, sonradan çoxsaylı papulalara çevrilir ki, həmin nahiyədə tükün tökülməsinə səbəb olur. Dəri sahəsi çılpaqlaşır, pulcuqlar və qartmaqlarla örtülür. Dermatofilyozun kiçik papul, nekrotik dermatit mərhələsi mövcuddur, həmçinin verikoza oxşar formada ixtiozlu nodulyar zədələnmələr şəklində proliferatit stomatit kimi keçə bilər. Qoyun və keçilərdə zədələnmələr daha çox dərinin tüksüz sahələrində müşahidə olunur ki, orada da nəmli papullar yaranır. Dərinin uzun tüklər olan səhəsində tükün tökülməsi müşahidə edilmir. Ətrafların zədələnməsi zamanı isə çiyələyəbənzər dırnaq çürüməsi müşahidə edilir.

Digər simptomlar: Törədicinin zoosporları CO2 görə müsbət xemotropizmə malikdir və buna baxmayaraq nəm dəridə olan xırda yaralara keçərək orada inkişaf edib hifə çevrilirlər. İnkişafda olan hiflər canlı epidermisə yayılaraq iltihabi proses törədirlər. İnfeksiyanın ilkin ocağı epidermisin məməcikli qatının neytrofil infiltirasiyasından və epiteliyal toxumanın yumşaldılmasından ibarətdir. Nəticədə dəridə epidermisin zədəli  qatından və eksudatdan ibarət qasnaq əmələ gəlir ki, 12-14 gündən sonra qopurlar. Epidermisin 2-ci qatı təkrarən zədələnir, eksudat qopur və dərinin əsasından ayrılır. Sonda qasnaqlar qalınlaşdıqca daha aydın plastik şəkil alır, zədələr geniş yayılarsa xəstə heyvan arıqlayaraq tələf olurlar.

Diaqnoz: Xəstə heyvana kliniki baxış, patoloji materialın – qabıq, pulcuq, irin mikroskopik müayinəsinə, törədicinin təmiz kulturasının ayrılması məqsədilə patoloji materialdan qida mühitlərinə əkmələrin aparılmasına əsaslanır. Diaqnostik üsullardan İFR istifadə olunur.

Müalicə: Xəstəliyin müalicəsində antibiotiklərin tətbiqi yüksək səmərə vermir. Zədələnmiş sahələrə göbələk əleyhi məlhəmlərin çəkilməsi də tövsiyə olunur.

Profilaktika: Spesifik profilaktika işlənilməmişdir. Ümumi profilaktikanın əsasını isə heyvanların gənələrlə mübarizədə çimizdirilməsi, milçəklərlə mübarizə üçün insektisidlərin tətbiqi, eləcə də heyvanların saxlanma şəraitinin yaxşılaşdırılması, quru və keyfiyyətli yemlə yemləndirilməsi də mühüm əhəmiyyət kəsb edir. 

Təfriqi diaqnoz: Trixofitiyadan, demadekozdan, viruslu ekzantemadan və çiçək xəstəliklərindən təfriq etmək lazımdır.

Qeud: Eksperimental yoluxdurulmuş gövşəyən heyvanların antigenin dəriiçi yeridilməsinə yavaşımış tipli yüksək həssaslıq göstərmişlər. İribuynuzlu heyvanların dəriiçi vaksinasiyasından dərilərində spesifik anticisimlər mövcud olmuş, lakin təcrübədə tətbiq üçün vaksin hazırlanmamışdır. Xəstəlik zamanı immunitet formalaşmır.

Kənd təsərrüfatı haqqında maraqlı məlumatlar əldə etmək üçü AgroExpert.az saytına daxil olun.