Cücələrin infeksion anemiya xəstəliyi

Cücələri erkən yaşlarında yoluxduran, sümük iliyinin zədələnməsi, immun çatışmamazlığı ilə keçən, dermatitlə, hidroperikarditlə, qarın boşluğuna su yığılması  ilə xarakterizə edilən virus xəstəliyidir. Virus  Circoviridiae ailəsinə mənsub DNT tərkiblidir. Quşlar xəstəliyə iki yolla: vertikal – yumurta vasitəsilə, horizontal kontakt – döşəmə, peyin və s. yolu ilə yoluxurlar. Yoluxmaya həm ətlik, həm də yumurtalıq istiqamətində yetişdirilən cücələr məruz qalır. Xəstəliyə ətlik cinsləri daha həssasdırlar.  İlk simptomlar: Xəstəlik iki formada gedir: kliniki və subkliniki. Xəstəliyin kliniki forması adətən xəstəliyə yoluxmuş toyuqların yumurtasından çıxan cücələrdə müşahidə olunur. Belə toyuqların qanında antitel olmadığından cücələr xəstələnir.  Belə cücələrdə xəstəlik 10-14 günlükdə baş verir. Xəstə quşlarda anemiya, diareya, qanqrenalı dermatit baş verir. Qanadlarda vena qan damarları qanla dolu olduğundan qanadların alt hissəsi göyərmiş olur. Dəri elastikliyini itirir xaricə ekssudat yayılır. Ölüm halları bir neçə gündə baş verir. Ölüm halları 50%-ə qədər ola bilər.                            

Digər simptomlar: Subklinik formada isə xəstəlik 3 həftədən – anadan keçmə immunitet yox olduqda baş verir. Xəstəliyin hər iki formasında quşlarda immunitet tam aşağı düşür, nəticədə orqanizm digər infeksiyalara həssas olur.     Sümük iliyinin anemiyası timusun və fabrisius kisəciyin atrofiyası, qaraciyərin böyüməsi, hemorroji qan sağıntısı, qanadların damarlarında infiltrat müşahidə olunur. Kəsim zamanı dəridə infiltrat olduğuna görə 25% quş əti çıxdaş ola bilər.        

Diaqnz: Quşların infeksion anemiyasına diaqnoz epizootoloji göstəricilərin, kliniki əlamətlərin, patoloji dəyişikliklərin və laborator müayinələrin nəticələriniə görə qoyulur. Seroloji üsulla əsasən doloyı İFR və İFA testləri vasitəsilə anticismlərinə görə eləcə də ELİSA testlə xəstəliyə diaqnoz qoyulur.          

Müalicə: Müalicə səmərə vermir. Xəstəlik baş vermiş təsərrüfatda bütün quşlar məhv edilir. Karantin tətbiq edilərək dezinfeksiya tədbirləri kompleks şəklində həyata keçirilir

Profilaktika:  “HİPRA” və “FATRO” vaksinlərindən istifadə olunur. Profilaktikada vaksinasiya təsərrüfatları tələfatdan qoruyan yeganə vasitədir.

Qeyd: Xəstəlik vertikal – yumurta vasitəsilə də yayıldığı üçün qeyri-sağlam təsərrüfata məxsus yumurtaların quşçuluq sənayesində (inkubatorda) istifadəsi qadağandır.

Müəllif: Əzizova Aygün

Kənd təsərrüfatı haqqında maraqlı məlumatlar əldə etmək üçü AgroExpert.az saytına daxil olun.