Buzovların rotavirus infeksiyası

Buzovların dispepsiya, diareya və dehidratasiya ilə səciyyələnən iti gedişli virus xəstəliyidir. TörədiciReoviridae ailəsinə, Rotavirus cinsinə mənsub RNT-li virusdur. Rotavirus cinsinə insanların, qaramal, qoyun, keçi, donuz, meymun, at, maral, dovşan, ördək rotavirusları daxildir. Törədicinin 3 serotipi məlumdur. İbh-ın rotavirusu fiziki və kimyəvi faktorların təsirinə davamlıdır. Kal kütləsində 9 ay, -600C-də bir neçə ay, 40C-də 1 ay diri qalır, 500C-də 1 saat müddətində inaktivləşir.

Ilk simptomlar. Rotavirus diareyasına müxtəlif növ heyvanlar həssasdır: qaramal, qoyun, keçi, vəhşi və ev heyvanları, at, donuz və s. 2-3 günlük buzovlar daha çox xəstələnirlər. Xəstə və xəstəliyi keçirmiş heyvanlar virusu kal ilə xarici mühitə yayırlar. Xəstə buzovun 1 ml fekalisində  1 milyard virion ola bilir. Xəstəliyin yayılmasında vəhşi heyvanlar, it, pişik də əsas rol oynayır. Virus tənəffüs və alimentar yolla da ötürülür. İnkubasiya dövrü 16-24 saat davam edir. Xəstəliyin simptomları zəif təzahür edən diareyadan ağır komatoz vəziyyətə qədər tərəddüd edir. Xəstəliyin kliniki əlamətləri qəfl baş verən sulu, sarımtıl rəngli, iyli kalın ifrazı ilə başlayır. Bədən temperaturu əsasən normada olur, bəzən 450C-ə qədər yüksəlir. Heyvanda iştahasızlıq, sudan imtina etmə, ataksiya, depressiya təzahür edir.

Digər simptomlar. Sonrakı saatlarda provus diareya, əzələ toxumasının degenerasiyası, nəticədə isə ətrafların əzələlərinin fibrilyasiyası baş verir, buzovlar uzanıq vəziyyətdə qalırlar. Xəstəliyin inkişafı zamanı fekalı sarımtıl-palçıq rəngli olur, dehidratasiya baş verir, yapışqanvari ağız suyu axıntısı, taxikardiya, komatoz vəziyyət aşkar edilir. 1-2 günlük buzovlarda xəstəlik daha iti keçir, 4-5-ci günlərdə komatoz vəziyyət yarana bilir yaxud da patoloji proses dayanaraq sağalma baş verir.

Diaqnoz:  Xəstəliyə diaqnoz kompleks qaydada, epizootoloji məlumatlara, kliniki əlamətlərə, patoloji-antomik dəyişikliklərə əsasən qoyulur. Lakin əsas diaqnostika üsulu elektron və immunoelektron mikroskopiyaya daxil olan laborator müayinələrdir. Laboratoriyaya diareyanın kliniki əlaməti görünən 12-14 günlük buzovlardan, xəstəliyin 1-3-cü günü götürülən 10 nümunə, cəsədin möhtəviyyatla dolu nazik bağırsağı, xəstə və xəstəlik keçirmiş heyvanların qoşa qan zərdabı, inəklərin qan zərdabı və südü göndərilir. Rotavirusların indikasiyası və identifikasiyası üçün İFA, radioimmunoloji müayinə üsulundan (Rİ), DPR, HATR, İFR; ekspress diaqnostika üçün isə lateks-aqlütinasiya, “Rotatest” diaqnostikumu, DHAR və ya HATR ilə, KBR, habelə PZR istifadə olunur.

Müalicə: Xəstə buzovlar təcrid olunur, kombinə edilmiş müalicə aparılır, hiperimmun qan zərdabı tətbiq edilir. Daxilə diareya əleyhi vasitələr – fizioloji məhlul, antibiotiklər təyin edilir. 

Profilaktika: Spesifik profilaktika üçün vaksinasiya tətbiq edilməlidir. Heyvanlarda xəstəliyi vaxtında aşkar etmək üçün ildə 1 dəfə inəklərin qanı və 1-5-ci gün buzovların qan zərdabının yoxlanılması məqsədəmüvafiqdir. Rotavirus antigenini aşkar etmək üçün buzovların kal kütləsini 1-10-cu günlərdə (yeni doğulmuş) müayinədən keçirilməlidir. Heyvandarlıq binalarında formalin, tərkibində xlor olan preparatlarla dezinfeksiyaedici tədbirlər aparılmalıdır.

Təfriqi diaqnoz: Təfriqi diaqnostikada korona və parvovirus infeksiyasından, eşerixioz, viruslu diareya, psevdomonoz, salmonellyoz, proteya və digər enterobakterial infeksiyalar, qeyri-infeksion xarakterli müxtəlif diareyaların mövcudluğu araşdırılmalı, xüsusilə qarışıq infeksiyaların olması nəzərə alınmalıdır.

Qeyd: Xəstəlik keçirmiş heyvanlarda uzunmüddətli immunitet yaranır, yeni doğulmuş buzovlar isə ağız südündən absorbsiya olunmuş anticisimlərə malik olurlar ki, bu da 4-8 həftə davam edir.

Kənd təsərrüfatı haqqında maraqlı məlumatlar əldə etmək üçü AgroExpert.az saytına daxil olun.