Buzovların adenovirus infeksiyası

Buzovların tənəffüs və həzm orqanlarının selikli qişasının, limfoid toxumasının zədələnməsi və konyunktivitlə səciyyələnən iti gedişli xəstəliyidir. İbh, qoyun, at, meymun, donuz, itlər, eləcə də insan törədiciyə həssasdırlar. 2 həftəlikdən 4 aylıq yaşa qədər buzovlar daha çox xəstələnirlər. Törədici Adenoviridae ailəsinə mənsub DNT-li virus olmaqla insan, heyvan və quşların adenoviruslarını özündə cəmləşdirir. Virus 2 cinsdən maztadenovirus-məməlilərin və aveadenovirus-quşların adenoviruslarından ibarətdir. 80 seroloji tipi vardır: insanlarda 41-47, meymunlarda-27, atlarda-4, ibh-10, qoyunlarda-6, donuzlarda 4-6, itlərdə 2 serotip ayrılmışdır. Adenoviruslar olduqca davamlıdır, 30-60 dəqiqə ərzində 50, 56 və 600C qızdırılma onları inaktivləşdirmir. Virus natrium və ya kalium hidroksidin 2%-li məhlullarında bir neçə dəqiqəyə məhv olur.

Ilk simptomlar. Xəstəlik törədicisinin mənbəyi burun axıntısı və kal kütləsi ilə virusu ayıran xəstə və xəstəlik keçirmiş heyvanlardır. Törədici ilə sirayətlənmiş yem, su, döşənək, xidmət əşyaları virusun ötürülməsi üçün əsas faktorlardır. Heyvanlar aerogen, alimentar yollarla, eləcə də konyuktiva vasitəsilə yoluxurlar.  İnkubasiya dövrü 4-7 gündür. Gözdən yaş,  burundan selikli ifrazatın axması ilkin kliniki əlamətlərdir. 3-5 gün ərzində burunun selikli ifrazatı irinlə əvəz olunur, buzovda iştahasızlıq, nəbz və tənəffüsün tezləşməsi, depressiya, quru öskürək biruzə verir.

Digər simptomlar. Xəstəliyin 2-3-cü günlərində tinponiya, diareya inkişaf edir, 3-4-cü günlərdə temperatur 41,50C-ə qədər yüksəlir. Nəcis kütləsi duru, boz-qəhvəyi rəngdə, selikli qişanın parçaları bəzən də qanla qarışıq olur. Adenovirus infeksiyası pasterella, mikoplazma və digər törədicilərlə mürəkkəbləşmə olmadıqda buzovlar sağalırlar. Xəstəliyin iti gedişində 1-2 həftə sonra dərin nəmli öskürəklər, aydır hiss edilən imspirator təngənəslik, burun boşluğundan irinli axıntı ilə müşayət olunan irinli bronxopnevmoniya inkişaf edir.

Diaqnoz:  Epizootoloji məlumatlar, kliniki əlamətlər, patoloji-anatomik dəyişikliklər nəzərə alınmaqla laboratoriya müayinələrinin nəticələrinə əsasən kompleks qaydada qoyulur. Laborator müayinələrə: patoloji materialda İFR və KBR-lə antigenin aşkarlanması, törədicinin hüceyrə kulturasında ayrılması və onun KBR, İFR və DPR ilə qrup şəklində identifikasiyası,  xəstə və xəstəlik keçirmiş heyvanların qan zərdabında KBR, DPR, ELİZA, DHAR, HATR-lə anticisimlərin aşkar edilməsi daxildir.

Müalicə: Spesifik müalicə üçün hiperimmun qan zərdabı və polivalent qan zərdabından istifadə edilir. Profilaktiki və müalicəvi məqsədlə refonvalesentlərin tətbiqi səmərəlidir. Qarışıq infeksiyalarda antibiotiklərin tətbiqi məqsədəuyğundur.

Profilaktika: Spesifik profilaktikada vaksinasiyadan istifadə olunur. Baytarlıq-sanitariya tərbirlər sisteminə ciddi riayət etdilməsi əsasdır. Buzovların davamlığını yüksəltmək üçün onları 7-10 gün ərzində ultrabənövşəyi şüalarla şüalandırmaq tövsiyə edilir. Buzovlar ildə 1-2 dəfə respirator infeksiyalara görə seroloji üsulla yoxlanmalıdır. Heyvanlar nəqliyyatla daşınarkən və karantin şöbəsinə keçirildikdə stress əleyhi və ümumi bədən müqavimətini artıran preparatlar tətbiq edilməlidir.

Təfriqi diaqnoz: Paraqrip-3, respirator sinsidial infeksiya, infeksion rinotraxeit, viruslu diareya, korona və parvoviruslu infeksiya, mikoplazmoz, xlamidioz, pasterellyoz, salmonellyozdan təfriq edilməlidir.

Qeyd: Xəstəliyi keçirmiş heyvanlarda virusun homoloji tipinə qarşı yaranmış immunitet 5 aya qədər davam edir. Ananın ağız südünün adenovirus anticisimləri buzovlarda passiv immunitet yaradır.

Kənd təsərrüfatı haqqında maraqlı məlumatlar əldə etmək üçü AgroExpert.az saytına daxil olun.

Rəy bildirin

Bir cavab yazın