Aspergilloflavotoksikoz

Aflatoksinlərin törətdiyi kənd təsərrüfatı heyvanları arasında yayılmış xüsusən təhlükəli aspergillotoksikozlardır. Toksin əmələ gətirən A.flavus və  A.parasitus göbələkləri aflatoksinlərin istehsalçılarıdır. A.flavusun toksin əmələ gətirən ştammları ilə yoluxmuş yemlər buxara verməklə zərərsizləşmir, aflatoksinlər turşular və qələvilərlə inaktivasiya olunmur. Aflatoksikoza kənd təsərrüfatı və ev heyvanları, donuzlar, cavan quşlar, balıqlar, həmçinin insanlar həssasdırlar. Cavan heyvanlarda yaşlılara nisbətən, eləcə də erkəklər dişilərə nisbətən daha çox həssasdırlar.

Ilk simptomlar: Yemlərdə zülal, vitamin çatışmazlığı yaxud da heyvanlarda maddələr mübadiləsi pozğunluğu onlarda aflatoksikozun inkişafına şərait yaradır.  Xəstəlik iti və xroniki gedişə malikdir. İti gediş zamanı ümumi depressiya, iştahasızlıq, tremor, səndələmə, taxikardiya, diareya əlamətləri xarakterikdir. Xroniki gediş zamanı boydan qalma, arıqlama, süstlük, mədə-bağırsaq traktının pozğunluğu, parezlər, nüvənin sola dönməsi ilə leykositlərin sayının azalması kimi kliniki əlamətlərlə xarakterizə olunur. Hyevanlarda dərinin və selikli qişaların göyərməsi, ayaqlarda və döşdə zolaqvari qan sağıntıları xəstəliyin kliniki əlamətlərindəndir.

Digər simptomlar: Aflatoksinlərin toksiki təsirləri baçlıca olaraq qaraciyərdə biruzə verir. Bu isə nuklein turşularının və zülalların sintezinin pozulmasında, hepatositlərin nekrozuna keçən, yağ və zülal distriyalarında öz əksini tapır. Aflatoksinlər həmçinin kansirogen, seratogen və mutagen təsirlərə malikdir.

Diaqnoz: Diaqnoz kliniki dəyişikliklər, yemlərin mikoloji-toksikoloji analizinin nəticələri nəzərə alınmaqla və epizootoloji vəziyyətə əsasən qoyulur. Laborator diaqnostika yemlərin mikoloji analizindən və onların laborator heyvanlar üçün toksikliyinin yoxlanılmasından ibarətdir.

Müalicə: Simptomatik və B-enteroforben tipli torbentlərdən istifadə etməklə aparılır.

Profilaktika: Profilaktikanın əsasını qida və yem substratlarının göbələklərin toksinləri ilə yoluxmasının qarşısının alınması və qorunması üsullarının düzgün hazırlanması təşkil edir. Eləcə də məhsulun yığılmasının, yemlərinin tədarükünün quru havada aparılması, yemlərin saxlanılmasında aqrozootexniki qaydalara əməl edilməsi vacib şərtlərdəndir. Aspergillərin otda, dəndə, küləşdə çoxalmasını azaltmaq məqssədilə qarışqa, sirkə və digər göbələk əleyhi effektə malik turşulardan istifadə olunmalıdır.

Təfriqi diaqnoz: Teşin, aueski xəstəliklərindən, həmçinin bakterial və kimyəvi zəhərlərlə zəhərlənmələrdən təfriq edilməlidir.

Qeyd: Xəstəliyi keçirmiş heyvanlarda immunitet formalaşmır, yenidən yoluxma halları müşahidə edilir.

Kənd təsərrüfatı haqqında maraqlı məlumatlar əldə etmək üçü AgroExpert.az saytına daxil olun.