Aktinomikoz – müxtəlif növ heyvanların və insanların xroniki infeksion xəstəlik

Aktinomikoz – müxtəlif növ heyvanların və insanların xroniki infeksion xəstəliyi olub, toxumalarda, orqanlarda qranulematozlu ocaqların, absess və svişlərin əmələ gəlməsi ilə səciyyələnir. Aktinomikozun  törədicilərinə təbiətdə tez-tez rastlanan Actinomyces  cinsinə mənsub olan Actinomyces bovis  göbələkləri aiddir. Onlar su hövzələrində, bitkilərdə və ya samanda intensiv aşkar olunur. Iribuynuzlular, yaklar, donuzlar, atlar dah çox həssasdırlar. Qoyunlar, fil, ayı, it, pişik nisbətən az xəstələnirlər. Xəstəlik insanlarda da qeyd edilir. Lakin insanın heyvandan və ya xəstə insandan heyvanın yoluxması halları qeyd edilməmişdir

Ilk simptomlar: Patogen aktinomisetlərin təbii rezervuarı xarici mühitdir. Həzm traktının zədələnmiş selikli qişası infeksiyanın giriş qapısıdır. Aktinomisetlər yaralardan və dərinin müxtəlif zədələrindən, yuxarı tənəffüs yolları, bağırsağın aşağı şöbəsi vasitəsilə mexaniki zədələnmə və infeksiyalar zamanı da  orqanizmə keçə bilir. Heyvanların qaba yemlərlə yemləndirilməsi xəstəliyə yoluxma üçün ikincili risk hesab edilir. inkubasiya müddəti bir neçə gündən bir neçə ayadək davam edir. Bütün növ heyvanlarda xəstəliyin ümumi klinik nişanəsi yavaş inkişaf edən, soyuq və bərk şişin-aktinomikomların yaranmasıdır. İBH-ın aktinomikozu zamanı patoloji proses alt, bəzən üst çənədə yerləşir, çox vaxt çənəaltə limfa dyünləri və sümük toxuması zədələnir. Zədəli sahələrdə ağrılı, böyüyən bərkimiş fokusların olması, udma prosesində çətinlik xəstəliyin ilkin nişanələridir.

Digər simptomlar: Heyvanda temperatur norma daxilində olur, lakin bəzən piogen mikroflora ilə mürəkkəbləşmə yarandıqda hərarət yüksəlir. Xəstəlik inkişaf etdikcə şişin mərkəzi yumşalmağa başlayır, sonra o, udlağa və ya xaricə açılır. Fistula yaranır öncə xarakterik sarımtıl-boz dənələr – göbələk druzları olan xamayabənzər sarımtıl irin xaric olur. Sonradan isə parçalanmış toxuma hissəcikləri qarışıqlı qanlı-selikli irin əmələ gəlir. Periodik olaraq svişin ağızı bağlanır və açılır. Fistullu çıxışların xaricə açılan dəlikləri çapıq əmələ gəlməklə sağala bilir yaxud çıxışın üzərində qranulyasiya toxumasının qanı axan, gül kələmi xatırladan artımı əmələ gəlir.

Diaqnoz: Aktinomikozun tipik gedişi zamanı kliniki əlamətlər tam diaqnoz qoymağa imkan verir. Şübhəli vəziyyət yarandıqda, mürəkkəbləşmələr büruzə verdikdə laborator müatinələr aparılır. Laborator diaqnostika patoloji materialın (irin, qranulematoz toxuma) Qram üsulu ilə boyanılması zamanı mikroskopiyasından ibarətdir.

Müalicə: Aktinomikozun müalicəsində operativ üsullar və antibiotiklər tətbiq edilir. Antibiotiklər biavasitə aktinomikomalara və ətraflarına yeridilməlidir. Antibiotiklərin venadaxili və yerli inyeksiyası daha tez və müsbət nəticələr əldə olunmasına kömək edir. Xəstəliyin müalicəsində 4-6 gün olmaqla oksiteraskilin 200 minlik dozada 1 yaşa qədər olan cavan heyvanara, 400 min dozada yaşlılara inyeksiya müsbət effektivlik verir.

Profilaktika: Spesifik profilaktika olmadığı üçün ümumi profilaktik qaydalara əməl olunmalı, heyvanlar bataqlıq otlaqlardan kənar otarılmalı, onlara quru yemlər verilməlidir. Xəstə xəstəliyə şübhəli heyvanlar təcrid olunub müalicəyə cəlb olunmalı, mütəmadi dezinfeksiya tədbirləri aparılmalıdır. Otlaqları dəyişmək, heyvanların yemləndirilməsinə xüsusilə diqqət etmək tövsiyə edilir.

Təfriqi diaqnoz: Aktinomikoz xəstəliyi kif göbələkərinin törətdiyi aspergillyoz, pensillomikoz və tuberkulyoz xəstəliklərindən və epizootik limfangitdən təfriq edilməlidir.

Qeyd. Aktinomikozlu heyvanlarda seroloji reaksiyalarla aşkar edilən spesifik anticisimlər yaranır və dəri sınaqları ilə müəyyən olunan həssaslıq yaranır. Lakin aktinomikoza qarşı immunietin formalaşması müəyyən edolməmişdir.

Kənd təsərrüfatı haqqında maraqlı məlumatlar əldə etmək üçü AgroExpert.az saytına daxil olun.