İnfeksion ensefalomielit

Quşların yüksək kontagioz  xəstəliyi olmaqla hərəkət koordinasiyasının pozulması, parez, iflic və bir çox hallarda tremor əlamətlərlə xarakterizə olunur. Yüksək faizlə yoluxma ölümlə səciyyələnir. Törədici picornaviridea ailəsinə mənsub RNT-li virusdur. Xəstəliyə cücələr,ördək balaları və hinduşkalar yoluxurlar. Xəstəliyin mənbəyi xəstə quşlar və xəstəlik keçirib sağalmış daşıyıcılar habelə çirkli inventarlar və s. ola bilər. Xəstəlik transvarial yolla da yayılır.                                                                             

Ilk simptomlar: İnfeksiya vertikal yolla 2-6 günə, horizantal yolla isə 9-30 günə quşlar arasında geniş yayılır. Yumurtadan çıxmış cücələrdə xəstəliyin xarakterik nişanələri zəiflik, ətrafları və başı yuxarı dartmadır. Cücələrin hərəkət koordinasiyası pozulur, baş və boyunları qeyri təbii hal alır. Kütləvi iflic baş verir.

Digər simptomlar: Tədricən quşlarda ətraflarını irəliyə doğru uzatma əlamətləri təzahür edir. Linzanın bulanıqlanması və iridosiklit nəticəsində birtərəfli yaxud ikitərəfli korluq inkişaf edir.   Yoluxma quşlar arsında 15-25%, ölüm halları isə 20-25% olur. Yaşlı quşlarda məhsuldarlıq 30-40% azalır, yumurtlama faizi aşağı düşür və qeyri adi forma və rəng alır.                                                                                               

Diaqnoz: Diaqnoz kompleks müayinələrin nəticəsinə görə epizootoloji, kliniki, patoloji-anatomik və histoloji müayinələr nəzərə almaqla müəyyən edilir. Laborator müayinələr bioloji sınaq və seroloji testlər qoyulur.                  

   Müalicə: Müalicə səmərə vermir. Xəstəlik baş vermiş təsərrüfatda bütün quşlar məhv edilir. Karantin tətbiq edilərək dezinfeksiya tədbirləri kompleks şəklində həyata keçirilir.

Profilaktika: Xəstəlik baş verdikdə quşlar məhv edilir. Karantin tətbiq edilir, təsərrüfatda 21 gün dezinfeksiya tədbirləri aparılır.Xəstəliyə qarşı vaksinasiya məqsədilə quşların çiçəyinə qarşı kombinasiya edilmiş diri virus-vaksinindən istifadə olunur.

Təfriqi diaqnoz: İnfeksiyanı Nyukasl, marek xəstəliklərindən, streptokokkozdan, salmonellyozdan və hipovitaminozlardan təfriq etmək lazımdır.

Qeyd: Vaksin quşların qanadının nahiyəsindən ineksiya edilir və peyvəndlənmiş quşlarda xəstəliyə qarşı gərgin immunitet formalaşır.     

   Müəllif: Aygün Əzizova

Kənd təsərrüfatı haqqında maraqlı məlumatlar əldə etmək üçü AgroExpert.az saytına daxil olun.