Ay: Avqust 2020


Cücələrin iti gedişli kontagioz xəstəliyi olub, limfoid orqanların zədələnməsi ilə immun depressiyanın inkişafı nəticəsində quşların yoluxucu xəstəliklərə həssaslığının artması, böyrəklərin və fabrisius kisəsinin selikli qişasının iltihabı, əzələiçi hemorragiya, diareya  ilə səciyyələnir. Xəstəlik immun komponentlərinin zəifləməsinə gətirib çıxarır. Törədici bir neçə birnarviridae Read more…


Quşların yüksək kontagioz  xəstəliyi olmaqla hərəkət koordinasiyasının pozulması, parez, iflic və bir çox hallarda tremor əlamətlərlə xarakterizə olunur. Yüksək faizlə yoluxma ölümlə səciyyələnir. Törədici picornaviridea ailəsinə mənsub RNT-li virusdur. Xəstəliyə cücələr,ördək balaları və hinduşkalar yoluxurlar. Xəstəliyin mənbəyi xəstə quşlar və Read more…


Respirator mukoplazmoz – müxtəlif növ ev və vəhşi quşların xroniki gedişli yoluxucu xəstəliyi olub, tənəffüs orqanlarının əsasən də, hava kisələrinin zədələnməsi, qaraciyər parenximasının degenerasiyası ilə səciyyələnir. Törədici Mycoplasmataceae ailəsinə, Mycoplasma cinsinə aid, çoxsaylı serotipləri olan mikroorqnizmlərdir. İlk simptomlar: xəstəlik mərhələli Read more…


Quşların qripi – Müxtəlif növ quşların yüksək kontagioz virus xəstəliyi olmaqla respirator orqanların və mədə-bağırsaq traktının zədələnmələri ilə səciyyələnir. Xəstəliyin törədicisi RNT tərkibli virus Opihomyxoviridae fəsiləsinin A tipinə aiddir.    İlk simptomlar: Virus tənəffüs yollarının selikli qişasına düşdükdən sonra o, Read more…


Virus xəstəliyi olmaqla əsasən quşların baş nahiyyəsində, pipikdə, saqqalda, dimdiyin ətraıfnda spesifik, ağız boşluğunun selik qişasında isə difterik fibrinli yaralar əmələ gətirir. Çiçəyə toyuqlar, hinduşkalar, göyərçinlər, firəng toyuqları, qırqovullar, sərçə dəstələtindən olan quşlar həssasdırlar. Suda üzən quşlar xəstəliyə davamlıdır. İlk Read more…


Quşların rotavirus infeksiyası –toyuqların, hind quşlarının, ördək, göyərçin, sesarkaların ağır keçən xəstəliyi olmaqla, bağırsağın həddən artıq dolması və köpməsi ilə əlaqədar pis iyli ishal nəticəsində orqanizmin susuzlaşması – quruması inkişaf edir. Törədici Rotavirus ailəsinə mənsub 3-serotipli virusdur. İlk simptomlar: Yoluxmuş Read more…


Broyler cücələrin hepatit, hidroperikardid, assit, nefroz və fabrisus kisəsinin atrofiyası əlamətləri ilə qəfildən ölümə səbəb olan infeksiyadır. Xəstəlik yaşlı toyuqlar və hind quşları üçün daha səciyyəvi olub xroniki gedişli olur. Quşların reovirusları ortoreoviruslar cinsinə aiddir. Reoviruslar patogen və qeyri-patogen olmaqla Read more…


Yumurtlayan toyuqların virus xəstəliyi olmaqla, yumurtanın forma və keyfiyyətinin və zülalın keyfiyyətinin pisləşməsi, qabığının depiqmentasiyası, yumurta məhsuldarlığının müxtəlif dərəcədə azalması ilə səciyyələnir. Xəstə toyuqların yumurtasından çox aşağı faiz cücə çıxır və çıxan cücələr tezliklə tələf olurlar. Xəstəliyin törədicisi Adenoviridea ailəsinə  Read more…


Bütün yaşda olan quşların yüksək kontagiozlu, tənəffüs orqanlarının fəaliyyətinin pozulması, yumurtlayan toyuqlarda reproduktiv orqanların zədələnməsi ilə səciyyələnən virus xəstəliyidir. Törədici koronavirus ailəsindən olan RNT-li virusdur, 30-a qədər serotipləri mövcuddur. Yoluxma aerogen və transvarial yolla baş verir. Xəstələnib sağalmış quşlar 50-100 Read more…


Yüksək kontagiozlu virus xəstəliyi olmaqla bütün quşların respirator və Visseral (mədə-bağırsaq) orqanların, sinir sisteminin zədələnməsi ilə xarakterizə edilir. Xəstəlik ölümlə və məhsuldarlığın düşməsi ilə nəticələnir. Törədici paramixovirus cinsinə aid RNT-li virusdur.  Virulentlik xüsusiyyətlərinə görə üç ştamma ayrılır: velogen (çox güclü), Read more…