Ay: İyun 2020


Buzovların tənəffüs və həzm orqanlarının selikli qişasının, limfoid toxumasının zədələnməsi və konyunktivitlə səciyyələnən iti gedişli xəstəliyidir. İbh, qoyun, at, meymun, donuz, itlər, eləcə də insan törədiciyə həssasdırlar. 2 həftəlikdən 4 aylıq yaşa qədər buzovlar daha çox xəstələnirlər. Törədici Adenoviridae ailəsinə Read more…


Xəstəliyin bir digər adı – İri buynuzlu heyvanların nəqliyyat isitməsi. Başlıça olaraq buzovların isitmə, tənəffüs orqanlarının kataral ilə səciyyələnən kontagioz  xəstəliyidir. Virus bütün yaş qrupundan olan İBH, qoyunlar, donuz, at, camış və bir çox quş növləri arasında sirkulyasiya edir. Paraqrip-3-lə Read more…


Buzovların mədə-bağırsaq sisteminin iltihabı, dispepsiyası və ishalla keçən iti gedişli xəstəliyidir. TörədicisiCoronoviridae ailəsinə mənsub təsnif edilməmiş RNT-li virusdur. Qızdırılmağa həssasdır, 5,0-7,0 pH-lı mühitə davamlıdır. İnək və qoyunlar arasında geniş yayılmışdır. Buzovlar anadan keçmə anticisimlər olmadıqda 10-cu gündən 8 həftəliyə qədər Read more…


Buzovların iti gedişli virus xəstəliyi olub, qızdırma və əsasən respirator orqanların selikli qişasının kataral iltihabı ilə səciyyələnir. Törədicisi – Paramixoviridae ailəsindən olan RNT-li virusdur. Antigen xüsusiyyətinə görə IBH-ın respirator-sinsitial virusunun bütün ştammları bir-biri ilə, eləcə də insanların virusu ilə RSİ Read more…


Xəstəlik başlıca olaraq cavan qaramalın iti kontagioz xəstəliyi olub, temperatur, həzm traktının selikli qişasının eroziv-yaralı zədələnmələri, diareya, rinit və inəklərdə balasalma ilə səciyyələnir. Törədici – Togaviridae ailəsinə, Restivirus cinsinə aid RNT tərkibli virusdur.  Virusun ştammları patogenliyinə, virulentliyinə, sitopatogen təsirinə görə Read more…


Vərəm kənd təsərrüfatı, vəhşi heyvanların və insanların ağır xroniki zooantroponoz xəstəliyi olub, müxtəlif orqanlarda kazeoz nekroza və kirəcləşməyə məruz qalan spesifik damarsız düyünlərin – tuberkulların əmələ gəlməsi ilə xarakterizə olunur. 55 növdən artıq məməli heyvan və 60 növ quş xəstəliyə Read more…


Kampilobakterioz – heyvanların iti gedişli zooantroponoz xəstəliyi olub, müvəqqəti qısırlıq, kütləvi balasalma, metritlər, sonun ləngiməsi, zəif bala doğumu ilə xarakterizə olunur. Təbii şəraitdə qaramal və qoyunlar, az hallarda donuzlar, keçilər və toyuqlar xəstələnirlər. Campylobacter cinsinə aid edilən qrammənfi spor və Read more…


Bruselyoz kənd təsərrüfatı, vəhşi heyvanlar və insanların xroniki infeksion-allergik xəstəliyi olub, dişi heyvanlarda balasalma, sonun ləngiməsi, erkəklərdə orxit və epididimitlə səciyyələnir. Hazırda 60 növdən çox fəqərəli heyvan növlərinin bruselyozla yoluxması məlumdur. İxodidae və Arqasidae ailəsindən olan 16 növ gənələrdən brusella Read more…


Iri buynuzlu heyvanların iti gedişli, kontagioz xəstəliyi olub, əsasən tənəffüs traktının kataral-nekrotik zədələnmələri, pustulyoz vulvovaginit, balanopostit, mərkəzi sinir sisteminin pozğunluqları və balasalmalarla səciyyələnir. Törədici – Herpesvirus bovis 1 DNT-li herpesviruslar ailəsinə mənsub virusdur.  Yaşından, cinsindən asılı olmayaraq bütün İBH yoluxurlar, Read more…


Bütün növ cütdırnaqlı heyvanların tənəffüs yolarının və mədə-bağırsaq traktının selikli qişasının krupozlu iltihabı, gözlərin və mərkəzi sinir sisteminin zədələnməsi ilə səciyyələnən sporadikı, nisbətən iti keçən infeksion xəstəliyidir. Törədici – Herpsviridae ailəsinə mənsub DNT-li virusdur.  Yaşından, cinsindən asılı olmayaraq bütün İBH Read more…